Accessibility links

AXCP üzvü mülki geyimli şəxslər tərəfindən döyüldüyünü deyir


Mehman Həbibov
Mehman Həbibov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Mehman Həbibov mülki geyimli şəxslər tərəfindən döyüldüyünü deyir.

Amerikanın Səsinə danışan Həbibov bildirib ki, hadisə oktyabrın 11-də axşam saatlarında Qaradağ rayonunun Qızıldaş qəsəbəsində baş verib. Onun sözlərinə görə 3 nəfər mülki geyimli şəxs Mehman Həbibovu saxlayıb və maşına əyləşdiriblər.

"Bir qədər gedəndən sonra elə həmin qəsəbədə saxladılar. Mənə dedilər ki, "sizin işiniz-gücünüz yoxdur? Siz elə bilirsiniz hakimiyyətə gələcəksiniz? Biz buna imkan verməyəcəyik". Ondan sonra ağır təhqirlər edərək məni dəyənəklə döyüblər. Mənə o mesajı verdilər ki, siyasi proseslərdən kənarlaşım. Çünki mən Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüyəm, imkan daxilində partiyanın bütün tədbirlərində aktiv iştirak edirəm. Başıma iki dəfə zərbə endirdilər, biri dedi ki, başımdan vurmasınlar. Elə yerimdən vururdular ki, utanıb göstərməyim. Daha çox belimə vurdular, izləri hələ də qalır. Nəfəs alanda çətinlik çəkirəm", o bildirib.

This image contains sensitive content which some people may find offensive or disturbing.
Mehman Həbibov
Mehman Həbibov

Həkimə və polisə müraciət etdiyini deyən Həbibov bildirib ki, ona biganə yanaşılıb.

"38-ci polis bölməsinin əməkdaşı onunla əlaqə saxladı və dedi ki, məni ekspertizaya göndərəcəklər. Lakin bir həftə gözlədim, amma xəbər çıxmadı. Ona görə də müayinə olunmaq üçün Gürcüstana gəlmişəm, sağlamlığımda problemlər var və bədənimdə ağır işgəncə izləri mövcuddur. Müayinə olunduqdan sonra ölkəyə geri qayıdacam" - deyə, AXCP üzvü qeyd edib.

Daxili İşlər Nazirliyindən məsələnin araşdırılacağı bildirilib.

Forum

XS
SM
MD
LG