Accessibility links

Blinken iki amerikalının HƏMAS girovluğundan qurtulmasını alqışladı


Birləşmiş Ştatlar HƏMAS tərəfindən girov götürülmüş iki ABŞ vətəndaşının sərbəst buraxılmasını alqışlayır, deyə Dövlət Katibi Antoni Blinken cümə günü keçirilən brifinqdə azad olunanların ailə üzvlərinin və dostlarının keçirdiyi sevinc hisslərini bölüşdüyünü bildirib.

“Lakin bu münaqişədə əlavə 10 amerikalı var ki, onların taleyi məlum deyil,” Blinken söyləyib.

Onun sözlərinə görə, bu adamlar HƏMAS tərəfindən girov götürülmüş və hazırda Qəzza zolağında saxlanıldıqları güman edilən 200 adam sırasındadır.

“Onlardan hər biri azad edilməlidir!” Blinken deyib.

ABŞ baş diplomatı qeyd edib ki, hər bir amerikalının, və bütün digər girovların azadlığı üçün səylər davam etdirilir.

Blinken bu günlərdə İsrailə səfəri zamanı HƏMAS tərəfindən girov götürülmüş ABŞ vətəndaşlarının ailə üzvləri ilə görüşdüyünü bildirib.

ABŞ prezidenti Co Bayden İsrailə son səfəri əsnasında də “bu ailələrdən birbaşa eşitmək fürsəti” qazanıb.

“Mən də, president də bildirdik ki, bütün ABŞ hökuməti onların sərbəst byuraxılması üçün, onların əzizlərinə qovuşması üçün hər dəqiqə çalışacaq,” Blinken bəyan edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG