Accessibility links

Prezidenti tənqid etdiyi üçün fəalın saxlanıldığı bildirilir


Möhyəddin Orucov
Möhyəddin Orucov

Oktyabrın 19-da ictimai fəal Möhyəddin Orucova İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisə müqavimət) maddələri ilə 30 sutka inzibati həbs cəzası verilib.

Ailəsinin məlumatına görə, Orucov Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində döyülüb.

O, oktyabrın 18-də saxlanılıb. Bu barədə fəalın qardaşı Nizami Orucov Amerikanın Səsinə məlumat verib.

Onun sözlərinə görə, qardaşı sosial media hesabında yazdığı şərhə görə saxlanılıb: "Polislər zəng edib bölməyə çağırdılar, qardaşım da getdi. Vəkili yoxdur, hələlik ittiham irəli sürülməyib. Polis dedi ki, prezident İlham Əliyevi tənqid etdiyi üçün bölməyə çağırılır. Dedilər məhkəməyə çıxarılacaq, amma hələlik məlumat yoxdur".

Daxili İşlər Nazirliyindən Amerikanın Səsinə bildirilib ki, məlumat olduğu təqdirdə paylaşılacaq.

Forum

XS
SM
MD
LG