Accessibility links

Qəzzada xəstəxananın bombalanması nəticəsində yüzlərlə insanın öldüyü bildirilir


Oktyabrın 17-də İsrail ordusunun Qəzza şəhərində həyata keçirdiyi hava hücumları nəticəsində yüzlərlə insanın öldüyü bildirilir. Bu barədə HƏMAS-ın nəzarət etdiyi anklavın səhiyyə rəsmiləri məlumat veriblər. BMT-nin bildirdiyinə görə, İsrailin hava hücumları, o cümlədən sığınacaq kimi istifadə edilən məktəblərin birini vurub.

Fələstinli rəsmilərin bildirdiyinə görə, Əl-Əhli Ərəbi xəstəxanasında 200-300 insanın həlak olduğu güman edilir.

İsrail ordusu xəbər verilən bombalama haqda məlumatlı olmadığını bildirib.

Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Qəzza xəstəxanasına hücum nəticəsində ölənləri yad etmək üçün üçgünlük matəm elan edib.

"Baş verənlər soyqırımdır. Biz beynəlxalq ictimaiyyəti bu qətliama son qoymağı çağırırıq. Susqunluq artıq məqbul deyil," Abbas deyib.

İsrail baş naziri Benyamin Netanyahunun sözçüsü hücumun arxasında İsrailin dayandığını inkar edib.

"İsrail Müdafiə Qüvvələri xəstəxanaları hədəf almır," Tal Haynrix CNN telekanlaına bildirib. Biz yalnız HƏMAS istehkamlarını, silah anbarlarını, və terror şəbəkələrini hədəf alırıq."

Qəzzanın səhiyyə rəsmiləri 11 günlük intensiv bombalama zamanı azı 3000 nəfərin həlak olduğu haqda məlumat verib. İsrail Qəzza ərazisində hava hücumlarını oktyabrın 6-da HƏMAS militantlarının hücumu nəticəsində 1300 əsgərin və mülki vətəndaşın öldürülüməsindən sonra həyata keçirməyə başlayıb.

Dünya Səhiyyə Təşkilatı (WHO) Əl-Əhli Ərəb xəstəxanasına hücumu pisləyib.

"Bu, xəstələrin, səhiyyə işçilərinin və daxili köçkünlərin sığındığı işlək xəstəxana idi," açıqlamada deyilir. "İlkin xəbərlər yüzlərlə adamın öldüyünü və yaralandığını göstərir."

Forum

XS
SM
MD
LG