Accessibility links

ABŞ Nümayəndələr Palatasında spikerlik üçün səsvermə keçiriləcək


Cim Cordan, ABŞ Nümayəndələr Palatasında ədliyyə komitəsinin Respublikaçı sədri, spiker seçiləcəyinə ümid bəsləyir.
Cim Cordan, ABŞ Nümayəndələr Palatasında ədliyyə komitəsinin Respublikaçı sədri, spiker seçiləcəyinə ümid bəsləyir.

Çərşənbə axşamı gündüz saatlarında ABŞ Nümayəndələr Palatasında spiker vəzifəsi üçün səsvermə keçiriləcəyi gözlənilir.

Palatanın ədliyyə komitəsinin Respublikaçı sədri Cim Cordan (R-Ohayo) bir neçə gün davam edən məşvərətlərdən və namizədlik uğrunda çəkişmələrdən sonra namizəd qismində nominasiya edilib.

Hərçənd ki, Respublikaçılar Nümayəndələr Palatasında çoxluq təşkil edir, Cordanın ilkin səsvermədə lazım olan səsləri toplayacağı bəlli deyil.

Bazar ertəsi müxbirlərlə danışan Cordan nikbinliyini ifadə edib.

"Amerika xalqı işlək Konqresə, Nümayəndələr Palatasına layiqdir," Cordan deyib.

Liderlikdə mövcud boşluq sabiq spiker Kevin Makkarti misli görünməmiş gedişatla vəzifəsindən uzaqlaşdırıldıqdan sonra yaranıb.

3 oktaybrda səkkiz Respublikaçı Demokratlara qoşularaq onu vəzifədən uzaqlaşdırmasına müyəssər olmuşdu.

ABŞ tarixində ilk dəfə idi Nümayəndələr Palatasının spikeri səsvermə yolu ilə vəzifədən kənarlaşdırılmışdı.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG