Accessibility links

Toğrul Vəliyev: Dövlət borcu ilə bağlı məlumatlar açıq və şəffaf olmalıdır


Toğrul Vəliyev, iqtisadçı
Toğrul Vəliyev, iqtisadçı

İqtisadçı Toğrul Vəliyev Amerikanın Səsinə müsahibəsində dövlət zəmanətli borcların hazırkı vəziyyətindən, o cümlədən bunun iqtisadiyyata təsirlərindən danışıb.

Amerikanın Səsi: Maliyyə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycanın 2023-cü ilin sonuna olan dövlət borcu 26.803,6 milyon manat, 2024-cü ilin sonuna isə 27.678 milyon manat proqnozlaşdırılır. Borclanmanın artmasının səbəbi nədir?

Toğrul Vəliyev: Əslinə qalsa mən burada ciddi problem müşahidə etmirəm. Böyük ehtimalla bu Beynəlxalq Bankla bağlı işlərdir. Beynəlxalq Bankla bağlı borclar dövlətə keçəndən sonra Maliyyə Nazirliyi də vaxdtında göstərmişdir ki, müəyyən müddətdən sonra artmalıdır. Başqa tərəfdən də artım çox deyil. Burada böyük ehtimal faiz ödənişləridir. Əslində bununla bağlı detallı məlumat əldə edə bilmirik. Böyük ehtimal bununla bağlı bu yaxınlarda nəsə məlumat veriləcək.

Toğrul Vəliyev: Dövlət borcu ilə bağlı məlumatlar açıq və şəffaf olmalıdır
please wait

No media source currently available

0:00 0:09:01 0:00

Amerikanın Səsi: Dövlət borcunun həcmində dövlət şirkətlərinin payı nə qədərdir? Onların borclarına dövlətin zəmanət verməsi nə dərəcədə əsaslıdır?

Toğrul Vəliyev: Rəsmi bildiyimiz rəqəmi çıxsaq borcların üçdə iksi dövlət şirkətlərinin payıdır. Amma yenə də dövlət şirkətləri müxtəlifdir. Yəni var dövlət neft şirkəti ki, onun borcları kifayət qədər artsa da istəsə dövlət nəzarətli deyil. Və ya digər şirkətlər var ki dövlət zəmanətli olmasa belə vergi kreditlərini əldə ediblər. Yəni bu hələ şərt deyil ki, sabah onlar bunu ödəyəcək. Yəni bu rəqəm arta da bilər, qala da bilər, böyük risk də yarada bilər. Bəzən dövlət özü borcu götürür, sonra bunu dövlət şirkətlərinə ödəyir ki, onlar üçün birbaşa problem yaratmasın. Hər bir halda dediyim kimi Azərbaycanda mövcud olan dövlət şirkətlərinin ümumi vəziyyəti barədə bizim məlumatımız yoxdur. Dövlət şirkətlərinin sayı çoxdur. Bəziləri hesabat verir, bəziləri vermir. Hətta hesabat verənlərin belə biz hesabatına şübhə ilə yanaşmalıyıq. Ona görə də tam ətraflı vəziyyəti bilmədiyimizə görə, tam detallı şərh vermək çətindir.

Amerikanın Səsi: Bu baxımdan dövlət şirkətlərinim idarəetmə sistemini effektiv saymaq olarmı?

Toğrul Vəliyev: Əlbəttə yox. Hətta hökümət özü belə gizlətmir ki, bizdə dövlət şirkətləri çox qeyri-effektiv fəaliyyət göstərirlər. Yəni onların xərcləri, gəlirləri məsələsi var. Məsələn, siz də müşahidə edirsiniz, ölkədə su boruları və ya yollar problemlidir, yol tikintisi keyfiyyətsizdirsə, yeri gəlmişkən podratçı, vasitəçi olaraq və ya digər formalarda bunları dövlət şirkətləri yerinə yetirir. Əgər bunlar çox da yüksək keyfiyyətə malik deyilsə və buna heç kim etiraz etmirsə, əlbəttə ki, qeyri-effektiv fəaliyyət göstərirlər.

Amerikanın Səsi: Dövlət zəmanətli borcların vaxtında ödənilməsi üçün kifayət qədər resurslar varmı?

Toğrul Vəliyev: Belə deyək, dövlət zəmanətli ona görə qeyd olunur ki, bununla bağlı hər bir dövlət şirkəti, qurumu müvafiq fonda daim köçürmələr etməlidir. Və sabah hansısa problem yaşansa o fonddan ödənişlər edilməlidir. Müvafiq təminat fondu ilə bağlı rəsmi rəqəmlər bəzən açıqlanır, bəzən isə açıqlanmır. Bizim əlimizdə məlumatlar yoxdur ki, biz bilək təminat fondun hansı dövlət zəmanətli kreditlərin təminatı ilə məşğuldur. Biz bunu bilmirik. Ona görə belə suallara cavab vermək çox çətindir. Misal üçün, Mərkəzi Bankın mənfəəti ora getməlidir. Bizdə hesabat yoxdur. Dövlət büdcəsinin kifayət qədər parametrləri var ki, hansında ki, hesabat yoxdur. İkincisi, bu zəmanətli kreditləri hansı dövlət şirkətləri götürüb. Hərəsi hesabatlıdırmı? Orada da ciddi məsələlər, problemlər var. Bu iki amili biz bilmədiyimiz halda nəsə deyə bilmərik. Əlbəttə, böyük ehtimalla risk çox böyükdür. Bizim praktika onu deyir ki, normal görünən dövlət şirkəti ola bilər, hər şey yaxşı ola bilər. Amma sonradan məlum olur ki, nə maliyyə vəsaiti var onun, nə effektivliyi yüksəkdir. Nümunələr çoxdur. İndi də baş verə bilər. Problem məhz ondan ibarətdir ki, dövlət zəmanətli oldu və ya olmadı dövlət öhdəlik daşıyacaq. Bütün onların borclarını dövlət ödəyəcək. Məlumatımız olmadığı halda hansısa fikir irəli sürə bilmərik. Ən böyük problemimiz budur. Ümumiyyətlə, dövlət borcu elə həssas məsələdir ki, onunla bağlı məlumatlar açıq və şəffaf olmalıdır. Gündəlik və ya aylıq olaraq məlumatlar təqdim edilməlidir. Burada dövlət sirri daşıyan bir məlumat ola bilməz. Çünki bu ödənişləri sabah vergi ödəyiciləri ödəməlidir. Kommersiya sirri də ola bilməz. Amma biz bilirik ki, bəzi kreditlər götürüülr dövlət zəmanəti ilə baxmayaraq ki, dövlət şirkəti belə deyil. İri şirkətdir. Dövlət sadəcə ona dəstəkçidir. Dövlət zəmanəti geniş bir məhfumdur. Dediyim kimi burada hər zaman risk var. Şəfaflıq olduğu halda bu riski azalda bilərik.

Forum

XS
SM
MD
LG