Accessibility links

Avropa Şurasının komissarının regiona səfəri başlayır


Dunya Miyatoviç, Avropa Şurasının İnsan Haqları üzrə Komissarı
Dunya Miyatoviç, Avropa Şurasının İnsan Haqları üzrə Komissarı

Oktyabrın 16-da Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Dunya Miyatoviçin Cənubi Qafqaz regionuna səfəri başlayır.

Bu barədə Avropa Şurasının İnsan Haqları üzrə Komissarının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Dunya Miyatoviç oktyabrın 16-dan 23-dək Ermənistan və Azərbaycana, o cümlədən Qarabağ regionuna səfər edəcək.

O, dövlət rəsmiləri, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək.

Səfərin yekunları ilə bağlı bəyanat dərc olunacaq.

Qeyd edək ki, Avropa Şurasının İnsan Haqları üzrə Komissarı sonuncu dəfə 2019-cu ildə Azərbaycanda səfərdə olub.

Bir müddət öncə Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Ermənistana köçənlər də daxil Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin qorunması, onların humanitar ehtiyaclarının qarşılanması üçün çağırış edib.

Oktyabrın 2-si yaydığı bəyanatda Qarabağda sürətlə dəyişən vəziyyəti yaxından izlədiyini bildirən Dunya Miyatoviç, Azərbaycanın son əməliyyatlarından sonra 100 mindən çox Qarabağ sakininin Ermənistana sığındığını vurğulayıb.

“Bu son sınaq onların 2020-ci ildən bəri məruz qaldıqları silahlı döyüşlərin, son doqquz ayda Laçın dəhlizi boyunca hərəkətin kəsilməsi, kəskin humanitar çatışmazlıqların humanitar və insan hüquqları ilə bağlı nəticələrinin ardınca baş verir”, Miyatoviç qeyd edib.

Forum

XS
SM
MD
LG