Accessibility links

Stiv Skaliz spikerliyə namizədlikdən geri çəkildi


Nümayəndələr Palatasında çoxluğun lideri Stiv Skaliz Kapitolidə Respublikaçı partiyadaşları ilə iclasdan çıxdıqdan sonra müxbirlərlə danışır. 12 oktaybr, 2023.
Nümayəndələr Palatasında çoxluğun lideri Stiv Skaliz Kapitolidə Respublikaçı partiyadaşları ilə iclasdan çıxdıqdan sonra müxbirlərlə danışır. 12 oktaybr, 2023.

VAŞİNQTON – ABŞ Nümayəndələr Palatasının üzvü Stiv Skaliz kifayət qədər səs toplaya bilmədikdən sonra spikerliyə namizədliyni geri götürüb.

Skaliz bu haqda Respublikaçı həmkarlarına cümə axşamı bağlı qapılar arxasında keçirilən görüşdə bildirib.

Kevin Makkartinin vəzifəsindən uzaqlaşdırılmasından sonra boş qalmış spiker kürsüsünü doldurmaq üçün Respublikaçıların növbəti hansı addımı atacağı qeyri-müəyyən qalır.

“Mən indicə həmkarlarıma bildirdim ki, öz adımı spiker vəzifəsinə namizədlikdən çıxarıram,” iclasdan çıxan Skaliz müxbirlərə deyib.

Skaliz deyib ki, Respublikaçı çoxluq “bir araya gəlməlidir və bu, hələ ki, baş verməyib.”

Namizədliyə nominasiya edilməsindən sonra Skaliz spiker seçilmək üçün tələb olunan səsləri qazanmaq istiqamətində ciddi səylər göstərdi. Lakin iki gün davam edən təmasların ardınca məlum oldu ki, Skaliz yetərsay toplamaq iqtidarında deyil.

Çərşənbə günü ABŞ Nümayəndələr Palatasında partiyadaxili səsvermədə Respublikaçılar çoxluq lideri Stiv Skalizi spikerliyə namizəd seçmişdilər.

Gizli səsvermədə Skaliz 113 səs, palatanın Ədliyyə Komitəsinin sədri Cim Cordan isə 99 səs qazanmışdı.

Liderlikdə mövcud boşluq sabiq spiker Kevin Makkarti misli görünməmiş gedişatla vəzifəsindən uzaqlaşdırıldıqdan sonra yaranıb.

3 oktaybrda səkkiz Respublikaçı Demokratlara qoşularaq onu vəzifədən uzaqlaşdırmasına müyəssər olmuşdu.

ABŞ tarixində ilk dəfə idi Nümayəndələr Palatasının spikeri səsvermə yolu ilə vəzifədən kənarlaşdırılmışdı.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG