Accessibility links

Çin Şumerin təzyiqi ilə HƏMAS-ın hücumlarını pisləyib


ABŞ Senatının çoxluq Lideri Çak Şumerin təzyiqindən sonra Pekin HƏMAS-ın İsraildə başlatdığı hücumları pisləyib, lakin bunu HƏMAS-ın adını çəkmədən edib.

Xarici İşlər Nazirliyinin son bəyanatında Çin "mülki insanlara qarşı bütün zorakılıqları və hücumları" pisləyib və "indiki ən təcili vəzifənin atəşkəs əldə etmək və sülhü bərpa etmək olduğunu" bildirib.

Bəyanat demokrat Şumerin Çin lideri Si Cinpinə Çinin sadəcə təmkinli olmağa çağıran əvvəlki bəyanatından məyus olduğunu bildirməsindən sonra verilib.

"Mən Si ilə İsrailə qarşı törədilən vəhşilikləri və dünya ictimaiyyətinin terrorizmə qarşı və İsrail xalqı ilə birlikdə dayanması zərurətini qaldırdım və Çinin xarici işlər nazirindən öz bəyanatını gücləndirməyi xahiş etdim”, senatorun bəyanatında deyilir.

Bununla belə, bazar ertəsi keçirilən növbəti mətbuat konfransında Çin Xarici İşlər Nazirliyinin sözçüsü HƏMAS-ın adını çəkməyib və yaraqlıların həyata keçirdiyi hücumları terror aktı kimi təsvir etməkdən imtina edib.

Associated Press-in məlumatına görə, yalnız Çinin İsraildəki səfirliyi HƏMAS döyüşçüləri tərəfindən ələ keçirilən girovlar arasında israilli və çinli irsdən olan bir gənc qadının olduğunu bildirərək HƏMAS-ın adını çəkib və yaraqlıları “terrorçu” adlandırıb.

Təhlilçilər hesab edir ki, Çin inkişaf etməkdə olan ölkələrdə təsirini saxlamaq üçün HƏMAS-ı birbaşa qınamaqdan çəkinir.

Demokratiyaların Müdafiəsi Fondunun tədqiqatlar üzrə baş vitse-prezidenti Conatan Şanzer Amerikanın Səsinə deyib: "Çin həmişə ərəb dünyasına və hətta yaramaz dövlətlərin dəstəklədiyi qeyri-dövlət aktyorlarına meyl edib".

Çin 2013-cü ildən xüsusən də hərbi texnologiya da daxil olmaqla, elmi və texnoloji sahələrdə İsraillə əlaqələrini genişləndirib.

Bu arada Pekin Yaxın Şərqdə sülh vasitəçiliyi sahəsində addımlar ataraq, ABŞ-ın bölgədəki təsirinə meydan oxuyur.

Təhlilçilər deyir ki, Pekinin son hücumlara birmənalı münasibəti Səudiyyə Ərəbistanı kimi regional güclərlə münasibətləri qorumağa hesablanıb və ABŞ-ın münaqişədə vasitəçilik etmək səyləri ilə ziddiyyət təşkil edir.

Səudiyyə Ərəbistanı və İran Pekinin regionda geosiyasi gücünü artıran Çinin vasitəçiliyi ilə mart ayında diplomatik münasibətləri bərpa edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG