Accessibility links

Azərbaycandan İsrailə təyyarə reysləri yenidən təxirə salınıb


Azərbaycan Hava Yollarının təyyarəsi (AZƏRTAC - Dövlət Xəbər Agentliyi)
Azərbaycan Hava Yollarının təyyarəsi (AZƏRTAC - Dövlət Xəbər Agentliyi)

İsraildə, o cümlədən “Ben Gurion” Beynəlxalq Hava Limanının ərazisində qeyri-sabit vəziyyət və raket hücumları ilə əlaqədar “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin oktyabrın 10-na planlaşdırılan Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə reysi ləğv edilib.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti bildirib.

Qeyd olunub ki, sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi aviaşirkətin ən yüksək prioritetidir.

İsrailin Azərbaycandakı səfirliyi Azərbaycanda olan israillilərə müraciət edib

Bakıdan İsrailə uçuş tarixi açıqlanıb.

Bu barədə İsrailin Azərbaycandakı səfirliyinin Facebook səhifəsində məlumat verilib.

Məlumatda bildirilib ki, İsrailə uçuş oktyabrın 13-ə gözlənilir.

Səfirlikdən qeyd edilib ki, ən qısa zamanda uçuşun detalları ilə bağlı məlumat İsrail Hava Yollarının saytına yerləşdiriləcək və sərnişinlər bilet ala biləcəklər

AZAL-ın Təl-Əvivdəki “Ben Gurion” Beynəlxalq Hava Limanına və əks istiqamətdə reyslərinin sərnişinlərinə oktyabrın 7-dək əldə edilmiş, uçuş tarixi oktyabrın 8-dən noyabrın 1-dək olan aviabiletlərin dəyərinin 30 noyabr 2023-cü il tarixi daxil olmaqla “involuntary” proseduru çərçivəsində geri qaytarılmasına və ya istənilən digər tarixlərə yenidən bronlaşdırılmasına icazə verilir.

Oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib.

Reuters agentliyinin məlumatına görə, bazar ertəsi günorta saatlarında İsraildə ölənlərin sayı 700, Qəzzada isə təxminən 500 nəfər olub. Hər iki tərəfdən minlərlə insan yaralanıb.

Forum

XS
SM
MD
LG