Accessibility links

Məhkəmə Qubad İbadoğlunun lazımi tibbi yardımla təmin edilməsi ilə bağlı şikayətinə baxıb


Qubad İbadoğlunun apellyasiya şikayəti təmin edilməyib
please wait

No media source currently available

0:00 0:02:58 0:00

Oktyabrın 9-da Bakı Apellyasiya Məhkəməsində hazırda həbsdə olan Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı professor Qubad İbadoğlunun lazımi tibbi yardımla təmin edilməsi ilə bağlı şikayətinə baxılıb.

Qubad İbadoğlunun vəkili Zibeydə Sadıqova Amerikanın Səsinə açıqlamasında bildirib ki, Bakı Apellyasiya məhkəməsi şikayəti təmin etməyib:

"Biz Nərimanov rayon məhkəməsinə Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin hərəkətlərindən şikayət vermişdik. Çox təəssüf ki, bizim şikayətimiz təmin olunmamışdı. Bu gün hımin qərardan verilən apelyasiya şikayətinə baxıldı. Yenə məhkəmənin diqqətinə çatdırdıq ki, tibbi sənədlər bizə vaxtında təqdim edilməyib. Qubad İbadoğlu yalnız 2 dəfə tibbi müayinə görüb. Bundan sonra heç bir həkim ciddi tədbir görməyib. Biz davamlı şəkildə bu problemlərlə bağlı şikayətlər veririk, lakin heç biri təmin edilmir".

Qubad İbadoğlunun vaxtında və lazimi tibbi yardım almamasından şikayət etmişdik.

Qubad İbadoğlu məhkəmə iclasında iştirak edib. O öz çıxışında səhhətindəki problemlər, həmçinin, həbsdə ona qarşı olan münasibətlə bağlı məlumat verib. Qubad İbadoğlunun qardaşı Qalib Bayramov (Toğrul) bildirib ki, qanunvericiliyin imkan verdiyi çərçivədə onun alternativ müalicə almasına maneə yaradırlar:

"Qanunvericilik bizə imkan verir ki, biz Qubad İbadoğlunu alternativ olaraq hansısa müayinələrinin, analizlərinin keçirilməsini təmin edə bilərik. Biz müraciət edə bilərik və bizim seçdiyimiz özəl klinikada, bizim seçdiyimiz həkim tərəfindən bunlar aparıla bilər. Ancaq, çox təəssüf ki, Azərbaycanda bunu öz öhdəsinə götürə bilən klinikada yoxdur, həkim də. Qubad İbadoğlu yeni həbs ediləndə biz demişdik ki, Gürcüstan həkimləri gəlsinlər və yenidən müayinə etsinlər. Amma Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi bizim bu xahişimizi təmin etmədi".

İyulun 24-də Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.

Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bugünədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Forum

XS
SM
MD
LG