Accessibility links

Həbsdə olan iranlı fəal Nərgiz Məhəmmədi Nobel Sülh Mükafatına layiq görülüb


Nərgiz Məhəmmədi (ortada)
Nərgiz Məhəmmədi (ortada)

Həbsdə olan iranlı fəal Nərgiz Məhəmmədi qadın hüquqları və demokratiya uğrunda, eləcə də ölüm cəzasına qarşı yorulmaz mübarizəsinə görə cümə günü Nobel Sülh Mükafatına layıq görülüb. BMT Baş Katibi Antonio Quterreş yaydığı bəyanatda Məhəmmədiyə Nobel mükafatı verilməsini qadın haqları uörunda mübarizəyə qarşı müqavimətin nə dərəcədə güclü olmasına işarə kimi dəyərləndirib.

51 yaşlı Məhəmmədi İran hakimiyyəti tərəfindən çoxsaylı həbslərə və illərini dəmir barmaqlıqlar arxasında keçirməsinə baxmayaraq, fəallığını davam etdirib.

"Bu mükafat ilk növbədə tanınmış lider Nərgiz Məhəmmədi də başda olmaqla, İrandakı böyük bir hərəkatın çox mühüm işinin tanınması deməkdir" - deyə, Osloda mükafatı elan edən Norveç Nobel Komitəsinin sədri Berit Reyss-Andersen bildirib.

Reyss-Andersen komitənin bu mükafatın "hərəkatın işini uyğun gördüyü bir formada davam etdirəcəyinə" təşviq edəcəyinə ümid etdiyini deyib. O, həmçinin İranı dekabrın 10-da keçiriləcək mükafatlandırma mərasimində iştirak etməsi üçün Məhəmmədini azad etməyə çağırıb.

Mükafat aldıqdan az sonra Instagram hesabında bəyanat yayan Məhəmmədinin ailəsi bütün iranlıları, ələlxüsus İranın cəsur qadın və qızlarını təbrik edib.

Məhəmmədinin demək olar ki, bütün həyatı boyu İran dövləti ölkənin ali liderinin başçılıq etdiyi şiə teokratiyası tərəfindən idarə olunub. Qadınlar işlərdə, akademik vəzifələrdə və hətta hökumət təyinatlarında olsalar da, onların həyatları ciddi nəzarət altında olub.

Qanunlar namus əlaməti olaraq bütün qadınlardan azı baş örtüyü və ya hicab taxmasını tələb edir. İran və qonşu Əfqanıstan bu qaydaya ciddi əməl edən yeganə ölkələrdir.

The New York Times qəzetinə verdiyi açıqlamasında Məhəmmədi deyib ki, "insan haqlarını qorumamın qlobal dəstəyi və tanınması məni daha qətiyyətli, daha məsuliyyətli, daha ehtiraslı və daha ümidli edir".

"Mən də ümid edirəm ki, bu, dəyişiklik istəyi iranlıları daha güclü və daha mütəşəkkil edəcək. Qələbə yaxındır" - deyə, o bildirib.

Xəbəri BMT Baş Katibi Antonio Quterreş də alqışlayıb.

"Bu Nobel Sülh Mükafatı öz azadlıqlarını, sağlamlıqlarını və hətta həyatlarını risk qarşısında qoyaraq öz hüquqlarını qoruyan qadınlara ehtiramdır," o deyib.

Reyss-Andersenin sözlərinə görə, Nərgiz Məhəmmədi 13 dəfə həbs edilib və 5 dəfə məhkum olunub. Ümumilikdə o, azadlıqdan 31 il müddətinə məhrum edilib. Məhəmmədinin ən son həbsi 2021-ci ildə benzin qiymətlərinin artması ilə nəticələnən ümummilli etirazlarda öldürülən şəxsin anım mərasiminə qatılmasından sonra baş verib.

Məhəmmədi Tehranın Qərblə əlaqəsi olanlar və siyasi məhbuslar saxlandığı məşhur Evin həbsxanasında saxlanır. Məhəmmədi həbsxanalarda qadınların fiziki və cinsi istismarına qarşı mübarizəsini dəmir barmaqlıqlar arxasında da davam etdirir.

O, 2003-cü ildə hüquq müdafiəçisi Şirin İbadidən sonra Nobel Sülh Mükafatını qazanan 19-cu və İrandan ikinci qadındır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG