Accessibility links

Azər Qasımlı: Azərbaycan iqtidarı Avropa institutlarına inteqrasiya etmək istəmir


Azər Qasımlı: Azərbaycan iqtidarı Avropa institutlarına inteqrasiya etmək istəmir
please wait

No media source currently available

0:00 0:08:52 0:00

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Amerikanın Səsinə müsahibəsində Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlərin hazırkı vəziyyətindən danışıb.

Amerikanın Səsi: Avropa İttifaqı qitə ölkələrinə yeni əməkdaşlıq formatı təklif edib - Avropa siyasi birliyi. Azərbaycanın bu formatda iştirakının hansı faydası ola bilər? Avropa İttifaqı öz siyasi nüfüzunu bu format vasitəsilə coğrafi baxımdan genişləndirə bilərmi?

Azər Qasımlı: Əslində mən bu formatı əməkdaşlıq formatı adlandırmazdım. Bu, sadəcə dialoq formatıdır. Burada belə deyək də, Azərbaycanın və yaxud Aİ -nın üzvü olmayan ölkələrin iştirakı faktiki olaraq deyək assosiativ saziş, yaxud Avropa Birliyinə üzvlüyü anlamına gəlmir. Yəni format yalnız dialoqdur. Bunu Fransanın prezidenti Makron təklif etmişdir. Təklifin də məğzi ondan ibarət idi ki, Avropa İttifaqında üzvlərindən əlavə və yaxud üzv olmaq istəyən dövlətlərdən əlavə digər kənarda qalan ölkələrlə də bir dialoq formatı olsun. Müəyyən mövzularda yəni həm iqtisadi, həm siyasi geopolitik mövzularda danışsınlar. Yəni format budur. Bu format yəni Avropa İttifaqına üzvlük, Avropa İnstitutlarına inteqrasiyanı əvəz edə bilməz və əvəz etməyəcək də.

Amerikanın Səsi: Azərbaycanın Aİ münasibətləri necə dəyərlandirərdiniz? İllərdi yeni ikitərəfli partnyorluq barədə saziş üzərində iş gedir, amma bunun sonu da görünmür. Səbəb nədir?

Azər Qasımlı: Aİ Azərbaycanı müttəfiq hesab etmir. Çünki həqiqətən də reallıq ondan ibarətdir ki, biz Aİ-nın müttəfiqi deyilik. Nə iqtisadi, nə də siyasi məsələlərdə müttəfiqik. Nə də ki, Azərbaycan iqtidarı Avropa institutlarına inteqrasiya etmək istəmir. Bunu həm Azərbaycan da, həm də Avropa da bilir. Sadəcə iqtisadi sahədə müəyyən əməkdaşlıqlar var. O da ilk növbədə neft, qaz, ən sonda isə Azərbaycan və Aİ arasında energetik bir saziş imzalandı. Ondan o tərəfə keçmir.

Amerikanın Səsi: Enerji sahəsindən başqa tərəflər üçün hansı iqtisadi istiqamətlər maraqlı ola bilər? Bu yaxınlarda Avropa parlamenti Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı ölkə məmurlarına sanksiyalar tətbiq edilməsi barədə qətnamə qəbul edib. Avropa komissiyası bunu nəzərə alacaqmı? Avropa parlamentinin qətnaməsi ikitərəfli münasibətlərə necə təsir edəcək?

Azər Qasımlı: İlk növbədə Azərbaycan özü dünya iqtisadiyyatına inteqrasiya yolunu tutmalıdır. Bunu istəməlidir. Azərbaycan bazarı da dünyaya açılmalıdır. Amma təəssüflər olsun ki, Azərbaycan iqtisadiyyatı qapalı iqtisadiyyatdır. Dünya iqtisadiyyatına inteqrasiya olmayıb. Azərbaycan iqtidarı da bu inteqrasiyanın tərəfdarı kimi hal-hazırda görünmür. Amma idealda pis olmazdı, məsələn kənd təsərrüfatı sahəsində əməkdaşlıq edək. Yaxud yaşıl energetika sahəsində Azərbaycanla Avropa İttifaqı arasında bir əməkdaşlıq olsun. Məsələn, Aİ ölkələri ümumiyyətlə bu məkan, kənd təsərrüfatı baxımından bizim istehsalçılar üçün bir böyük bazardır. Yəni biz bu bazardan hansısa formada iştirak edə bilərdik. Bunun üçün həm Azərbaycan iqtisadiyyatı açılmalıdır. Həm də ki, Avropa İttifaqı ilə assosiativ saziş imzalasaydı, daha rahat olardı. Amma bunun heç biri edilmir. O cümlədən də yaşıl energetika sahəsində. Aİ bununla bağlı bir strategiya qəbul edibdir. Azərbaycanın da böyük potensialı var bu baxımdan. Bizim sərvətlərimiz nöqteyi-nəzərdən. Məsələn Bakı küləkli şəhərdir. Bu resurslardan istifadə edib Avropa ilə bir əməkdaşlıq edə bilərik, birgə proyektlər həyata keçirə bilərdik. Təəssüf ki, Azərbaycanda azad iqtisadi mühit yoxdur. Digər tərəfdən dünya iqtisadiyyatına inteqrasiya yolunu tutmayıb.

Sanksiyalara gəldikdə isə mən bunu açığı indiki məqamda görmürəm. Ümumiyyətlə belə deyək də Avropa parlamentinin, institutlarının Aİ daxilində müəyyən bir funksiyası var. Digər institutların da öz funksiyası var. İlk növbədə Avropa Komissiyası. Avropa parlamenti daha çox təkliflər verir. Bu təklifləri verməmişdən qabaq da Avropa Komisiyyası ilə danışırlar. Müzakirə edirlər. Düzdür hərdən elə olur ki, müəyyən qətnamələr qəbul edirlər. Çox sərt qətnamələr. Amma mən sizi inandırıram ki, bu qətnamələri qəbul edəndə belə Avropa Komisisyası ilə danışırlar və müzakirə edirlər. Yəni qərar qəbul edəndə birgə qəbul edirlər. Sadəcə Azərbaycana Avropa Parlamenti adından bir xəbərdarlıq edilir. Avropanın mövqeyi sərgilənir. Azərbaycan təbii ki, geri addımlar atmadığı bir dönəmdə təbii ki, artıq onun icraatına keçə bilərlər. İndiki mərhələdə mən hələ ki, görmürəm.

Amerikanın Səsi: Azərbaycanın Avropa İttifaqına inteqasiyasi üçün nələr hansı addımlar atılmalıdır?

Azər Qasımlı: Azərbaycanda siyasi sistemdə islahatlar keçirilməlidir. Amma yalnız siyasi sistemdə yox , təbii ki, iqtisadiyyatda da islahatlar keçirilməlidir. İnsanların hüquq və azadlıqları sahəsində ciddi islahatlara ehtiyac var. Qanun dəyişikliklərinə ehtiyac var. O cümlədən də seçkilərin keçirilməsi məsələsi. Azərbaycanda siyasi hakimiyyət seçkilər vasitəsilə formalaşmır. Formal olaraq bu belədir. Məhkəmə sistemində, iqtisadiyatdada islahatlar keçirilməlidir. Belə ki, Azərbaycan iqtisadiyyatı azad olmalıdır.

Forum

XS
SM
MD
LG