Accessibility links

Heyvan haqları fəalları Heydər Əliyev Fondunun qarşısında aksiya keçiriblər


Heyvan haqları fəalları "Beynəlxalq heyvanlar günü"ndə Heydər Əliyev Fondunun qarşısında aksiya keçiriblər
Heyvan haqları fəalları "Beynəlxalq heyvanlar günü"ndə Heydər Əliyev Fondunun qarşısında aksiya keçiriblər

Heyvan haqları fəalları oktyabrın 4-də "Beynəlxalq heyvanlar günü"ndə Heydər Əliyev Fondunun qarşısında" Toplan cinayətinə son!" yazılı plakat asıblar. Fəallar deyir ki, onlar Heydər Əliyev fondundan "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin maliyyələşdirilməsini dayandırılmasını tələb edirlər:

"Bakı şəhərində yığılan sahibsiz itlər bu mərkəzdə müəmmalı üsullarla öldürülürlər. 2019-cu ildə yaradılan "Toplan" Mərkəzi Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində yer alsa da, Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə fəaliyyət göstərir".

Bundan əvvəl də heyvansevərlər bir neçə dəfə "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin önündə etiraz aksiyası keçiriblər. Etirazçılar iddia edir ki, mərkəzdə küçədən toplanan itlər öldürülür. Onların əsas tələbi mərkəzin ictimaiyyət qarşısında şəffaf fəaliyyət aparması, qapılarını könüllülərə açması, itlərə nə edildiyi haqqında onlara məlumat verməsidir.

"Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzi iddiaları təkzib edir və böhtan adlandırır.

Forum

XS
SM
MD
LG