Accessibility links

Banqkok Ticarət Mərkəzində silahlı hücum, 2 nəfər ölüb


Tailandın paytaxtında çərşənbə axşamı günorta saatlarında iri ticarət mərkəzində atəş açan şəxs ən azı iki nəfəri öldürüb, Daha sonra hücumçu ələ keçirilib.

İlkin məlumatda 3 nəfərin həlak olduğu bildirilmişdi.

Polis uzun müddətdir Banqkokun ən böyük və ən dəbdəbəli alış-veriş yerlərindən biri olan Siam Paragon Mall-da ilk atəş səslərinin eşidilməsindən bir saat sonra şübhəlinin tutulduğunu bildirib.

Polis sözçüsü Archayon Kraithonq jurnalistlərə deyib ki, dəbdəbəli və lüks avtomobillər satılan, kinoteatr, akvarium və beşulduzlu Siam Kempinski oteli yerləşən ticarət mərkəzində vəziyyət nəzarət altındadır.

Banqkok Təcili Tibbi Yardım Mərkəzinin direktoru Yuttana Srettananın sözlərinə görə, 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Hadisə Tailandlıların 6 oktyabr 2022-ci ildə şimal-şərq əyalətində əksəriyyəti məktəbəqədər uşaqlar olmaqla, 36 nəfərin ölümü ilə nəticələnən uşaq bağçasına silahlı və bıçaqlı hücumun ildönümünü qeyd etməyi planlaşdırmasından bir neçə gün əvvəl baş verib.

Associated Press müxbirinin hadisə yerindən verdiyi məlumatına görə, çərşənbə axşamı hücumu səlahiyyətliləri yaxınlıqdakı Siam yüksək qatar dayanacağına girişi bağlamağa vadar edib, Axşam güclü yağış sərnişinlərin tranzit stansiyasından çıxmasına mane olub. İ

Şahidlərin dediyinə görə, insanlar həm turistlər, həm də taylılar arasında məşhur olan bir neçə ticarət mərkəzlərindən biri olan binanı tərk edib.

Çinli turist Liu Şiyin AP-yə insanların qaçdığını və kiminsə atəş açdığını söyləydiyini gördüyünü deyib. O, silah səsləri və həyəcan siqnalı eşitdiyini, ticarət mərkəzindəki işıqların söndüyünü bildirib.

Sosial mediaya yüklənmiş bir çox videoda insanların binadan qaçdığı və əlində tapança beysbol papağı, tünd köynək və kamuflyaj şalvar geyinmiş bir adam göstərilib.

Daha sonra yayımlanan videoda hücumçunun polisə təslim olduğu görünüb.

Atışmalar nadir olsa da, Tailandda silahlı zorakılıq qeyri-adi hal deyil.

2020-ci ildə narazı bir əsgər şimal-şərqdəki Nakhon Ratçasima şəhərində ticarət mərkəzi və ətrafına atəş açaraq 29 nəfəri öldürmüş və nəticədə 16 saatdan sonra təhlükəsizlik qüvvələri tərəfindən öldürülmüşdü.

Forum

XS
SM
MD
LG