Accessibility links

İlham Əliyev: Azərbaycan etibarlı təchizatçı olaraq beynəlxalq bazarlara enerji nəql edir


İlham Əliyev Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılışında çıxış edib. Foto: Azərbaycan Prezidentinin Administrasiyası
İlham Əliyev Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılışında çıxış edib. Foto: Azərbaycan Prezidentinin Administrasiyası

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında Azərbaycanın etibarlı təchizatçı olaraq beynəlxalq bazarlara enerji nəql etdiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu sahədə bir sıra layihələrin təşəbbüskarı olub.

“Bu gün enerji və nəqliyyat xəritələrinə baxsanız, o cümlədən boru kəmərlərinə nəzər salsanız, görəcəksiniz ki, burada Azərbaycanın izi var. Bununla da təkcə bizim bölgənin deyil, daha geniş regionun enerji təhlükəsizliyini təmin etmişik”, Azərbaycan prezidenti bildirib.

Bu gün enerji təhlükəsizliyinin hər bir ölkənin milli təhlükəsizliyi məsələsinə bərabər olduğunu, onun vacib elementini təşkil etdiyini vurğulayan Prezident Əliyev diqqətə çatdırıb ki, Azərbaycan etibarlı təchizatçı olaraq beynəlxalq bazarlara enerji nəql edir və Avropa İttifaqı tərəfindən PanAvropa təchizatçısı kimi dəyərləndirilir.

İqtisadçı ekspert Natıq Cəfərli Amerikanın Səsinə bildirib ki, Rusiya-Ukrayna müharibəsi Avropanın uzun illərdir enerji təchizatı məsələsini və xəritəsini tamamilə dəyişdirib.

Natiq Cəfərli: Azərbaycan Avropa İttifaqı üçün çox dayanıqlı enerji tərəfdaşıdır
please wait

No media source currently available

0:00 0:02:44 0:00

“Bu müharibədən sonra təbii ki, Avropa ölkələrinin enerjiyə olan tələbatını nəzərə alsaq, yeni enerji mənbələrinə acil ehtiyac yarandı. Azərbaycan hətta uzun illərdir enerji bazarı kimi məhz Avropa bazarını hədəf kimi götürmüşdür. Azərbaycanın bütün ifrastruktur layhihələri Avropaya yönəlib. İstər Bakı-Tbilisi-Ceyhan olsun, istər Bakı-Tbilisi-Ərzurum və TANAP, TAP layihələri Avropa bazarlarına çıxış üçün nəzərdə tutulub”, o deyib.

Ekspert bildirir ki, Azərbaycan enerji sahəsində üzərinə düşdüyü öhdəliklərin çoxunu yerinə yetirib.

“Azərbaycan hələlik Avropa bazarına 10 milyard kub metr qaz satır. Təqribən yarım milyon barelə yaxın da neft satır. Bu Avropanın ümumi istehlakında az görünsə də önəmli əhəmiyyəti var. Çünki birinci növbədə ona görə ki, TAP və TANAP layihələrində 2027-ci ildən sonra Azərbaycan təqribən 21 milyard kubmetr qazı Avropaya çatdıracaq. Yəni iki dəfə artıracaq. Bundan başqa Qazaxıstan neftinin də Azərbaycan üzərindən Avropaya nəqli mümkündür. Artıq proses başlayıb. Bu da Avropa üçün çox önəmlidir”, o bildirib.

Natiq Cəfərli həmçinin Azərbaycanın Şərqi və Cənubi Avropaya qaz çatdırmasının mühüm olduğunu qeyd edib.

“Bu ölkələr Rusiya qazından ən çox aslı olan ölkələrdir. Həmin ölkələr Balkan ölkələri olsun, Yunanıstan, Bolqarıstan olsun, onların Azərbaycandan qaz alması Rusiyadan aslılığını sıfıra endirir”. o deyib.

Natiq Cəfərli hesab edir ki, Azərbaycan Avropa İttifaqı üçün dayanıqlı enerji tərəfdaşıdır.

Ekspertlər bildirir ki, Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra Avropa İttifaqı ölkələrinin Azərbaycanın enerji resuslarına marağı getdikcə artıb. Onlar hesab edir ki, xüsusilə müharibə fonunda Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində bu ölkənin Avropa İttifaqına qaz ixracının dayandırılması Azərbaycanın mavi qazına tələbatı artırıb.

Bu il aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG