İraqın baş naziri cümə axşamı günü İraqın şimalında 100-ə yaxın insanın ölümü ilə nəticələnən toy yanğınından sonra yaralı xəstələr və qurbanların ailələrini ziyarət edib.
Dövlət televiziyası xəbər verir ki, Məhəmməd Şia əl-Sudani cümə axşamı səhəri nazirlər və təhlükəsizlik rəsmilərindən ibarət nümayəndə heyəti ilə Neynəva əyalətinə gəlib. O, Həmdaniyyə xəstəxanasında və Əl-Cumhuri xəstəxanasında yaralılar və həlak olanların ailə üzvləri ilə görüşüb. Daha sonra o, qurbanlara başsağlığı vermək üçün Suriya Katolik Mar Behnam Monastırını ziyarət edib.
Daha iki nəfər yaralı ölüb və əlavə cəsədlər aşkar edilib.
Sağlamlıq rəsmisi cümə axşamı Associated Press-ə bildirib ki, iki ağır yanğın qurbanı - 30 yaşlı qadın və 4 yaşlı uşaq aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Təhlükəsizlik rəsmisinin sözlərinə görə, toy yerində dağıntılar altından bir uşaq və bir qadının qalıqları tapılıb. Hər iki məmur qaydalara uyğun olaraq anonimlik şərti ilə danışıb.
İraqın şimalında xristian toy mərasiminin keçirildiyi zalda baş verən yanğın zamanı azı 100 nəfər ölüb, 150 nəfər yaralanıb. Məlumatda ölənlərin sayının arta biləcəyi barədə xəbərdarlıq edilmışdi.
Rəsmilər yanğının İraqın Neynəva vilayətinin Həmdaniya bölgəsində baş verdiyini bildirib. Bu, əsasən xristianların yaşadığı, paytaxt Bağdaddan təxminən 335 kilometr şimal-qərbdə, Mosul şəhərindən bir qədər kənarda yerləşən şəhərdir.
Televiziya görüntülərində alovun şadlıq sarayına sıçradığını görmək mümkün olub. Sağ qalanlar yerli xəstəxanalara çatdırılıb.
Neynəva vilayətinin səhiyyə departamenti ölənlərin sayını daha əvvəl 114-ə çatdığını bildirib. Səhiyyə Nazirliyinin sözçüsü Seyf Əl-Bədr bir qədər əvvəl İraqın dövlət xəbər agentliyinə yaralıların sayının 150-yə çatdığını deyib.
Forum