Accessibility links

İlahiyyatçı Sərdar Babayev 17 il müddətinə azadlıqdan məhrum edilib


İlahiyyatçı Sərdar Babayevin (Şeyx Sərdar) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Sentyabrın 28-i Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda ilahiyyatçıya hökm oxunub.

Məhkəmə onu Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (casusluq formasında dövlətə xəyanət) maddəsilə təqsirli bilərək cəzasını ciddi rejimli koloniyada çəkməklə 17 il azadlıqdan məhrum edib. Bundan əvvəl prokuror Babayevə 18 il həbs cəzası istəmişdi.

Sərdar Babayev ittihamları absurd hesab etdiyi üçün məhkəmədə ifadə verməkdən imtina edib.

Müdafiə tərəfi hökmdən Apellyasiya Məhkəməsinə şikayət verəcək.

Sentyabrın 21-də Avropa İnsan Hüquqları Məhkəməsi Babayevin bu cinayət işi üzrə həbsilə bağlı şikayətini təmin edib. Avropa İnsan Hüquqları Məhkəməsi Babayevin 5-ci maddə (azadlıq və şəxsi toxunulmazlıq hüququ) üzrə hüquqlarının pozulduğunu etiraf edib və ona 5 min avro məbləğində təzminat ödənilməsinə qərar verib.

2017-ci ilin iyulunda Sərdar Babayev Masallı məscidində axund olarkən dini mərasimlərin keçirilməsi tələblərini pozmaqda ittiham olunaraq üç il müddətinə azadlıqdan məhrum edilmişdi. O zaman da hüquq müdafiəçiləri Babayevi siyasi məhbus kimi tanımışdılar.

Forum

XS
SM
MD
LG