Accessibility links

Blinken Əliyevlə Qarabağda durumu müzakirə edib


İlham Əliyev və Antoni Blinken (Kollaj AZƏRTAC agentliynindir)
İlham Əliyev və Antoni Blinken (Kollaj AZƏRTAC agentliynindir)

ABŞ dövlət katibi Antoni Blinken çərşənbə axşamı sentyabrın 26-da Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Dağlıq Qarabağda durumu müzakirə edib. Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik brifinqdə bu barədə məlumat verərək, prezident Əliyevin əlavə hərbi əməliyyatların olmayacağını söylədiyini bildirib və Vaşinqtonun ondan buna əməl edəcəyini gözlədiyini əlavə edib.

Miller jurnalistlərə bildirib ki, Blinken bundan sonra hərbi əməliyyatlara son qoyulmasının, mülki şəxslərin qeyd-şərtsiz müdafiəsi və sərbəst hərəkəti, eləcə də Dağlıq Qarabağa humanitar yardımların maneəsiz çıxışının vacibliyini vurğulayıb.

Metyi Miller sentyabrın 25-də Dövlət Departamentində brifinqdə regiondakı son durumla bağlı jurnalistlərin suallarını cavablandıraraq, atəşkəsin qorunub saxlanması və Qarabağda əhalinin humanitar ehtiyaclarının təmin edilməsinin vacibliyini vurğulayıb. O, Azərbaycan və Ermənistan arasında uzunmüddətli sazişin əldə etməsini ABŞ-ın vacib hesab etdiyi məsələlərdən biri olduğunu qeyd edib.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbəri Samanta Pauer bazar ertəsi Ermənistana səfər edib. Ermənistan paytaxtı Yerevanda olarkən Samanta Pauer Azərbaycanı “atəşkəsə riayət etməyə və Dağlıq Qrabağda yerli sakinlərin hüquqularını qorumaq üçün konkret addımlar” atmağa çağırıb.

Bundan öncə onun Ermənistan baş naziri Nikol Paşinyana təqdim etdiyi ABŞ prezidenti Co Baydenin məktubunda Azərbaycanın hərbi qüvvədən istifadə etməsinin qəbuledilməz olduğu bildirilib.

Dövlət Departamentinin sözçüsü bildirib ki, bazar ertəsi ABŞ-ın yüksək səviyyəli nümayəndə heyəti “Ermənistanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə ABŞ-ın dəstəyini təsdiqləmək və Dağlıq Qarabağdakı son zorakılıqlardan sonra humanitar məsələlərin həllinə kömək etmək üçün Yerevana gedib”.

Forum

XS
SM
MD
LG