2024-cü il prezident seçkiləri üçün strategiyalarının bir hissəsi olaraq həm prezident Co Bayden, həm də keçmiş prezident Donald Tramp Birləşmiş Avtomobil İşçiləri Həmkarlar İttifaqının davam edən tətili ilə əlaqədar yaxın günlərdə Miçiqan ştatına səfər edəcək.
Bayden çərşənbə axşamı Miçiqan ştatına gedəcək, Ford, General Motors və Stellantis böyük üç avtomobil istehsalçısına məxsus piket obyektləri olan UAW işçiləri ilə görüşəcək.
Trampın seçki kampaniyasının hazırkı və keçmiş həmkarlar ittifaqı üzvlərinin mütləq UAW üzvləri olmasa da, qatılacağını söylədiyi mitinq üçün ertəsi gün ştatda olacağı gözlənilir. Onların hər ikisinin də işçi hərəkatı ilə mürəkkəb əlaqələri var.
Bayden uzun müddət ümumilikdə Həmkarlar İttifaqlarının tərəfdarı olsa da və Milli Əmək Münasibətləri Şurasına Həmkarlar İttifaqlarıüvlərinin çoxunu təyin etsə də, onun prezident kimi bəzi hərəkətləri Həmkarlar İttifaqları üzvlərini qəzəbləndirib.
Trampın administrasiyası işçilərə açıq şəkildə daha az dostmünasibəti göstərsə də, keçmiş prezident əvvəlki prezident seçkilərinin hər ikisində hələ də həmkarlar ittifaqı üzvlərindən əhəmiyyətli dəstək alıb.
UAW tətili ikinci həftəsinə girərkən, prezident və gələnilki seçkilərdə onun rəqibi ola biləcək Tram son illər siyasi sədaqətləri yumşaq olan işçi sinfi ilə həmrəylik nümayiş etdirməyə çalışır.
ABŞ siyasətinə gəldikdə həmkarlar ittifaqı üzvləri uzun müddət Demokratik monolit hesab edilsə də, müasir həqiqət daha mürəkkəbdir.
Roper İctimai Rəy Sorğu Mərkəzinə görə, Tramp 2016-cı ildə prezidentliyə namizəd olanda o, ən azı bir həmkarlar ittifaqı üzvünün daxil olduğu ailələrin səsinin 43%-ni qazanmışdı.
2020-ci ildə səs-küylü həmkarlar ittifaqı tərəfdarı olan Baydenə isə 40% səs əldə etsə belə, bu, Həmkarlar İttifaqı üzvlərinin səslərinin əhəmiyyətli bir hissəsini təmsil etmişdi.
“Son 10-15 il ərzində həmkarlar ittifaqı işçilərinin daha tez-tez respublikaçı kimi tanınması tendensiyası və ittifaq üzvləri arasında insanların düşündüyündən daha çox müxtəliflik var” - deyə, Ohayo ştatının Mayami Universitetinin siyasi elmlər üzrə dosenti Kevin Reuninq bildirib.
Reuninq Amerikanın Səsinə bildirib ki, Tramp ilk dəfə seçkiyə qatılarkən həmkarlar ittifaqlarını dəstəkləmək təcrübəsi az olsa da, onların istehsal işlərini xaricə göndərməkdə günahlandırdığı ticarət müqavilələrini pozmağa hazır olması, yəqin ki, həmkarlar ittifaqı səslərinin əhəmiyyətli hissəsinin cəlb edilməsində böyük rol oynayıb.
Məsələn, Tramp keçmiş Demokratlar Partiyasının prezidenti Bill Klintonun imzaladığı Şimali Amerika Azad Ticarət Müqaviləsi kimi sövdələşmələri tənqid etməklə bir çox Həmkarlar İttifaqı seçicisinə müraciət edə bilmişdi.
Trampın komandası Detroyta səyahət etmək niyyətini açıqladıqdan sonra UAW prezidenti Şan Feyn keçmiş prezidentin təşkilatı tərəfindən müsbət qarşılanmayacağına dair bir bəyanat verib.
O deyib: “Birliyimizin hər bir üzvü milyarderlər sinfi və Donald Tramp kimi insanları işçilər hesabına zənginləşdirən iqtisadiyyatla mübarizəyə yönəlib. Maaşdan maaşa yaşamağın nə demək olduğunu başa düşməyən, dolanmaq üçün mübarizə aparan və onlardan fəhlə sinfinin problemlərini həll edəcəklərini gözləyən milyarderləri və milyonerləri seçməyə davam edə bilmərik”.
Bunun əksinə olaraq, UAW rəhbəri tətilin sentyabrın 22-dək uzadılacağını elan edərkən Baydeni açıq şəkildə tətil edən Həmkarlar İttifaqı üzvlərinə baş çəkməyə dəvət edib.
Yenə də Baydenin ABŞ-dakı Həmkarlar İttifaqları ilə mövqeyi əvvəlki kimi güclü olmaya bilər.
Bəzi Həmkarlar İttifaqları üzvləri keçən il Bayden dəmiryol işçilərini Həmkarlar İttifaqlarının əleyhinə səs verdiyi müqaviləni qəbul etməyə məcbur edən və tətilin qarşısını alan qanunu imzalayanda narazı qalmışdılar.
UAW üzvləri Baydenin benzinlə işləyən avtomobillərdən elektrikli nəqliyyat vasitələrinə keçidi sürətləndirməyə təkan verməsi iş yerləri üçün təhlükə kimi qiymətləndirir.
Adi avtomobillərin istehsalı üçün lazım olan bəzi ixtisaslı işçilər avtomobillərin elektrik mühərrikləri ilə işlədiyi bir dünyada onlara tələbatın azalacağından ehtiyat edir.
Forum