Accessibility links

Gədəbəyin Söyüdlü kəndindəki zavodun fəaliyyəti üçün şərtlər açıqlanıb 


Gədəbəyin Söyüdlü kənidndə etiraza səbəb olan göl
Gədəbəyin Söyüdlü kənidndə etiraza səbəb olan göl

Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılmış komissiyanın növbəti iclası keçirilib.

Sentyabrın 26-ı Baş nazir Əli Əsədovun iştirakı ilə keçirilən iclasda kəndin su obyektlərində sianidin aşkarlandığı açıqlanıb.

Böyük Britaniyanın “Micon” International Co Limited Şirkəti zavod ərazisində keçirdiyi monitorinqlərə dair hesabatda üç müşahidə quyusunun suyunda qeydə alınmış sianidin potensial risk kimi nəzərə alına biləcəyini bildirib.

Qeyd edilən zavodun fəaliyyətini mərhələli şəkildə bərpa etməsi üçün “Azərbaycan Beynəlxalq Mədən Şirkəti” tərəfindən yenidənqurma, modernləşdirilmə ilə bağlı icra qrafikinin hazırlanmalı olduğu diqqətə çatdırılıb.

Baş tutan iclas zamanı, Baş nazir Əli Əsədov yaxın günlərdə Komissiya tərəfindən Gədəbəy şəhəri, Söyüdlü, Yenikənd, Arıxdam kəndləri və Qumlu yaşayış massivinin sakinləri, qeyri-hökumət təşkilatları və media nümayəndələrinin iştirakı ilə görüşün keçirilməsi və əhalini narahat edən məsələlərin həlli, eyni zamanda görüləcək işlərlə bağlı tapşırıqlar verib.

İyunun 20-də Söyüdlü kəndinin sakinləri bölgədə qızıl hasilatı ilə əlaqəli sianid tərkibli zəhərli süni gölün yaradıldığını iddia edərək etiraz aksiyası keçirmişdilər. Aksiyaya polisin müdaxiləsi nəticəsində 10-a yaxın yerli sakin xəsarət alsa da, bir qrup sakin barəsində isə inzibati qaydada həbs qərarı çıxarılıb.

Söyüdlü kəndi hazırda polis nəzarətindədir.

Forum

XS
SM
MD
LG