Accessibility links

Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsinə Qarabağa yardımın çatdırılması ilə bağlı daha bir yol təklif edib 


Qarabağ erməniləri üçün nəzərdə tutulmuş Beynəlxalq Qızıl Xaç Komitəsinin humanitar yardımını daşıyan yük avtomobili.
Qarabağ erməniləri üçün nəzərdə tutulmuş Beynəlxalq Qızıl Xaç Komitəsinin humanitar yardımını daşıyan yük avtomobili.

Azərbaycan Xankəndi-Laçın yolunun çox yüklənmiş olduğunu nəzərə alaraq, Beynəlxalq Qırmızı Xaç Komitəsinə tibbi evakuasiya və Qarabağa yardımın çatdırılması üçün Qorus-Qafan-Eyvazlı-Füzuli-Şuşa-Xankəndi yolundan istifadə etməyi təklif edib.

Bu barədə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev X sosial şəbəkəsində yazıb. "Biz Beynəlxalq Qırmızı Xaç Komitəsilə və Qarabağın erməni sakinlərilə müntəzəm əlaqə saxlayırıq ki, yerlərdə humanitar tələbata operativ cavab verək", o qeyd edib.

Azərbaycanın Ağdam, Sabirabad və Saatlı rayonlarının xəstəxanaları sentyabrın 25-dən Xankəndidən xeyli sayda xəstəni qəbul etmək üçün hazırlanıb.

Əsasən yanıqların müalicəsi üçün dərmanlar və digər tibbi vasitələr, bundan əlavə, ərzaq yardımı da göndərilib. Sentyabrın 26-sı və sonrakı günlərdə də yardım göndərilməyə davam edəcək. Tibbi yardıma ehtiyacı olanların evakuasiyası və yerlərdə onlara yardım göstərilməsi üçün Ermənistandan Qarabağa tibbi briqadanı gətirən vertolyotun girişi təmin edilib.

"Hazırda biz tibbi evakuasiya və yardımın çatdırılması üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin Gorus-Qafan-Eyvazlı-Füzuli-Şuşa - Xankəndi yoluyla çıxışını təmin etmək üzərində işləyirik", Hikmət Hacıyev qeyd edib.

Azərbaycan Prezidentinin Administrasiyasının yaydığı məlumata əsasən, sentyabrın 26-da Azərbaycan ümumilikdə 40 ton un, gigiyenik vasitələr və 500 nəfər üçün yataq dəsti olan 4 yük avtomobilini, həmçinin Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə yardım məqsədilə 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları olan növbəti təcili tibbi yardım maşınını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salıb. Günün ikinci yarısında Azərbaycan hökumətinin Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə Xankəndində yaşayan erməni sakinlərinə daha 30 ton benzin və 34 ton dizel yanacağı göndərdiyi bildirilir.

Yardımın çatdırılması səyləri ilə bağlı məlumatlar Qarabağın erməni əhalisinin regionu tərk etdiyi vaxt verilir. Rəsmi Yerevan Qarabağdan gələn ermənilərin sayının 19,000-ə çatdığını bildirib.

Qarabağın erməni sakinləri bölgəni keçən həftə Azərbaycan silahlı qüvvələrinin 24 saat davam edən və ermənilərin tərksilah edilməyə razılaşması barədə atəşkəsin əldə olunmasından sonra tərk etməyə başlayıb.

Qarabağ ermənilərini daşıyan yüzlərlə maşın Laçın yolunda Ermənistana keçmək üçün növbəyə düzüldüyü məqamda Birləşmiş Ştatlar Azərbaycan rəsmilərini mülki vətəndaşları qorumağa və əraziyə yardım karvanlarını buraxmağa çağırıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG