Accessibility links

Qarabağdan Ermənistana gələn ermənilərin sayının 28,000-dən artıq olduğu bildirilir


Sentyabrın 26-da yerli vaxtla 16:00-a olan məlumata görə, Qarabağdan Ermənistana gələn erməni sakinlərin sayının 28 120 nəfər təşkil edib. Bu barədə Reuters xəbər agentliyi Ermənistan hökumətinə istinadən məlumat verir.

Qarabağdan ermənilərin kütləvi şəkildə getməsi ötən həftə Azərbaycan silahlı qüvvələrinin 24 saat davam edən və ermənilərin tərksilah edilməyə razılaşması barədə atəşkəs əldə olunmasından sonra başlanıb.

Qarabağ ermənilərini daşıyan yüzlərlə maşın Laçın yolunda Ermənistana keçmək üçün növbəyə düzüldüyü məqamda Birləşmiş Ştatlar Azərbaycan rəsmilərini mülki vətəndaşları qorumağa və əraziyə yardım karvanlarını buraxmağa çağırıb.

Əksər adamlar minik maşınlarında, bəziləri isə üstüaçıq yük maşınlarında və traktorlarda Gorusa keçmək üçün Laçın yoluna çıxıblar.

Reuters xəbər agentliyinə danışan dörd nəvəsi olan Narine Şəkəryan Ermənistana kürəkəninin maşınında altı adamla birlikdə gəldiyini deyir. Onun sözlərinə görə, 77 kilometrlik yolu qət etmək 24 saat vaxt aparıb. O, bu müddət ərzində ailəsinin ac qaldığını bildirib.

Hazırda Ermənistan paytaxtı Yerevanda səfərdə olan ABŞ Beynəlxalq İnkişaf Agentlyinin (USAID) rəhbəri Samanta Pauer Azərbaycanı "atəşkəsə riayət etməyə və Dağlıq Qrabağda yerli sakinlərin hüquqularını qorumaq üçün konkret addımlar" atmağa səsləyib.

Bundan öncə onun Ermənistan baş naziri Nikol Paşinyana təqdim etdiyi ABŞ prezidenti Co Baydenin məktubunda Azərbaycanın hərbi qüvvədən istifadə etməsinin qəbuledilməz olduğu bildirilib.

Pauer Azərbaycan prezidenti İlham Əliyevi etnik ermənilərin hüquqlarını qorumaq barədə verdiyi vədə əməl etməyə və əraziyə yardım və bynəlxalq monitorinq missiyasının buraxılmasına çağırıb.

İlham Əliyev televiziya ilə müraciətində Qarabağ ermənilərinin təhlükəsizliyinə zəmanət verdiyini, eyni zamanda Qarabağın müstəqillik ideyasının bitdiyini bəyan edib.

Forum

XS
SM
MD
LG