Accessibility links

Bakıdan İran ərazisi ilə Naxçıvana avtobus reyslərinin sayı iki dəfə artırılacaq


Naxçıvana gedən avtobus (Arxiv foto)
Naxçıvana gedən avtobus (Arxiv foto)

Bakıdan İran ərazisi ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına və əksinə avtobus reysləri iki dəfə artırılacaq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatında deyilir ki, “Bakı-Naxçıvan-Bakı” müntəzəm avtobus marşrutu üzrə hazırda Azərbaycan və İran daşıyıcıları tərəfindən gündə 3 reys həyata keçirilir.

“Reyslərin sayının artırılaraq gündəlik hər iki tərəfdən 6-ya çatdırılması ilə bağlı Azərbaycan-İran Birgə Komissiyasının Bakıda keçirilən növbəti iclasında razılıq əldə edilib”.

Agentlik bildirir ki, ikitərəfli görüşdə, həmçinin Azərbaycanla İran arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük daşımaları, “İcazə” blanklarının kontingenti, avtodaşıyıcıların qarşılaşdıqları problemlər, onların həlli yolları müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

Komissiyanın iclasında hər iki ölkənin nəqliyyat vasitələrinə tətbiq olunan vergi və rüsumların miqdarı, daşımaların inkişaf perspektivləri də nəzərdən keçirilib.

İran ərazisindən keçməklə Bakı-Naxçıvan-Bakı avtobus reysi 2007-ci il noyabrın 8-dən fəaliyyət göstərir. Naxçıvan-Bakı reysi üzrə işləyən avtobuslar İran ərazisindən keçməklə ümumilikdə 645 kilometr məsafə qət edir.

Forum

XS
SM
MD
LG