Accessibility links

Meri Qlantz: Onlar atəşkəs üzərində irəliləyirlər və münaqişəni həll etməyin yolunu axtarırlar


Meri Qlantz: Onlar atəşkəs üzərində irəliləyirlər və münaqişəni həll etməyin yolunu axtarırlar
please wait

No media source currently available

0:00 0:03:53 0:00

Meri Qlantz: Onlar atəşkəs üzərində irəliləyirlər və münaqişəni həll etməyin yolunu axtarırlar don't publish

ABŞ Sülh İnstitutunun Rusiya və Avropa Mərkəzinin baş məsləhətçisi Meri Qlantz Amerikanın Səsinə müsahibədə Azərbaycan rəsmiləri ilə Qarabağda erməni icmasının nümayəndələri arasında keçirilən görüş və BMT Təhlükəsizlik Şurasında Qarabağdakı vəziyyətlə bağlı keçirilən brifinqi şərh edib.

Amerikanın Səsi: Bu gün Azərbaycanda Azərbaycan rəsmiləri ilə Qarabağ regionunun erməni icmasının nümayəndələri arasında görüş keçirilib. Azərbaycan Prezidentin Administrasiyasının bildirdiyinə görə, görüş konstruktiv və müsbət mühitdə keçib və tərəflər tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edib. Sizin bu görüşə münasibətiniz nədir?

Meri Qlantz: Düşünürəm ki, onların danışıq aparması yaxşıdır. Yaxşı olardı ki, onlar yenidən gücdən istifadə etmək yerinə danışıq aparardılar. Mən başa düşünürəm ki, vəziyyət bir az mürəkkəbdir, çünki Ermənistandakı ermənilər var və Qarabağdakı ermənilər var. Hazırda danışıqlar, əlbəttə ki, Azərbaycan hökuməti ilə Qarabağdakı ermənilər arasındadır. Amma məncə bu müsbət bir haldır. Məncə onlar atəşkəs üzərində irəliləyirlər və münaqişəni həll etməyin yolunu axtarırlar.

Amerikanın Səsi: Rusiyanın regionda sülhməramlı qüvvələrinin olduğunu nəzərə alsaq, son hadisələrdə Rusiyanın rolunu necə qiymətləndirərdiniz?

Meri Qlantz: Bu çox maraqlı sualdır və bizim hamımızın izlədiyi bir məsələdir. Və biz bu əməliyyat zamanı bəzi sülhməramlıların həlak olduğunu öyrəndik. Rusiya çox, belə desək, passiv rol oynayır. Onlar indi Qarabağ ermənilərini təhlükəli olan yerlərdən daha təhlükəsiz nöqtələrə və ərzaq, istilik və müəyyən tibbi xidmətlətə çıxışın olduğu yerlərə evakuasiya etmək rolunu üzərinə götürüblər. Yəni onlar bir növ reaktiv rol oynayırlar. Onlar başda münaqişəni dayandırmaq üçün çox şey etməyiblər. Və bu da bir sıra spekulyasiyalara gətirib çıxarıb, çünki onlar Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində müttəfiqdirlər və regionda sülhməramlı qüvvələri var, amma sülhü təmin edə bilməyiblər. Bu da onların rolu ilə bağlı çox sayda sullar qaldırıb. Amma məncə onlar bundan sonra da açıq-aydın rol oynayacaqlar. Məncə bütün tərəflər və ya ən azından erməni tərəfi ümid edir ki, onlar bundan sonra regiondakı insanların təhlükəsizliyini təmin etmək üçün rol oynayacaq.

Amerikanın Səsi: ABŞ və Aİ son bir ildə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqların bir neçə raunduna ev sahibliyi edib. Yeni baş verənləri nəzərə aldıqda bu danışıqların davam edəcəyini gözləyirsinizmi?

Meri Qlantz: Mən güman edirəm ki, edəcəklər, çünki həll edilməli olan bir sıra məsələ olacaq, ona görə ki, azərbaycanlılar əlbəttə ki, və başa düşülən bir şəkildə, qaçqınlarını Dağlıq Qarabağa geri köçürmək istəyirlər. Ermənilər də oraya yaşayıb. Onlar həmin ərazidə illər boyu yaşayıb və onların çoxu, ehtimal ki, orada yaşamağa davam etmək istəyəcək. Ona görə də, onlara qarşı rəftar, onların təhlükəsizliyi, hər iki tərəfin təhlükəsizliyi və bundan sonra əhalilər arasında bir növ sülhü qoruyub-saxlamaq beynəlxalq icitmaiyyətin, təkcə Rusiya və Türkiyənin deyil, həm də Aİ və Birləşmiş Ştatların maraqlı olduğu bir məsələdir.

Amerikanın Səsi: BMT-nin Təhlükəsizlik Şurası bu gün Qarabağdakı vəziyyətlə bağlı brifinq keçirir. Bu görüş nə dərəcədə vacibdir? Görüşdən gözləntiləriniz nədir? Beynəlxalq ictimaiyyət oradakı vəziyyət üçün nə edə bilər?

Meri Qlantz: Təhlükəsizlik Şurasının iclası çox vacib bir görüş olacaq, nəzərə alsaq ki, Rusiya Təhlükəsizlik Şurasının üzvüdür və regionda mühüm oyunçudur. Mən ümid edirəm ki, bu görüş dinc gələcəyə doğru aparan bir yola gətirib çıxaracaq. Azərbaycanın Dağlıq Qarabağı hərbi yolla alması bunun yalnız bir hissəsidir. Əhalilərin reinteqrasiyası, onların, yəni etnik azərbaycanlılarla etnik ermənilərin yan-yana yaşamalarını təmin etmək uzun bir proses olacaq. Və biz etnik təmizləmənin olmayacağınan, insanların yan-yana yaşaya biləcəklərindən əmin olmaq istəyirik. Bu da beynəlxalq ictimaiyyətin, və ümid edirəm ki, Təhlükəsizlik Şurasının bütün üzvlərinin təmin etməkdə maraqlı olduğu şeylərdir.

Forum

XS
SM
MD
LG