Accessibility links

Maskın Neuralink şirkəti beyin implantının sınağına başlayır


Milyarder sahibkar İlon Maskın beyin çipləri ilə məşğul olan startap Neuralink şirkəti iflic xəstələr üçün beyin implantının ilk insan sınaqlarını işə başlamaq üçün müstəqil araşdırma şurasından icazə aldığını bildirib.

Neuralink bildirib ki, onurğa beyni zədəsi və ya amiotrofik skleroz səbəbiylə iflic olanlar tədqiqat üçün uyğun ola bilər, lakin tamamlanması təxminən altı il çəkəcək sınaqda neçə nəfərin iştirak edəcəyini açıqlamayıb.

Neuralink tədqiqatın beyin-kompüter interfeysi implantını cərrahi olaraq beynin hərəkəttini idarə edən bölgəsinə yerləşdirmək üçün bir robotdan istifadə edəcəyini və ilkin məqsədinin insanların düşüncələrindən istifadə edərək kompüter kursorunu və ya klaviaturasını idarə etmələrini təmin etmək olduğunu deyib.

Əvvəllər 10 xəstəyə implantasiya etmək üçün razılıq almağa ümid edən şirkətin hazırkı və keçmiş işçilərin dediyinə görə, agentlik təhlükəsizliklə bağlı narahatlıqları qaldırdıqdan sonra ABŞ Qida və Dərman İdarəsi (FDA) ilə daha az sayda xəstə ilə bağlı danışıqlar aparıb.

FDA-nın nə qədər xəstəni təsdiqlədiyi məlum deyil.

Maskın Neuralink üçün böyük ambisiyaları var. O, bunun piylənmə, autizm, depressiya və şizofreniya kimi xəstəliklərin müalicəsi üçün çip cihazlarının sürətlə cərrahiyyə əməliyyatlarına daxil edilməsini asanlaşdıracağını deyir.

May ayında şirkət FDA-dan ilk insanda klinik sınaq üçün icazə aldığını bildirib. O zaman şirkət heyvanların sınağı ilə məşğul olmaq üçün federal nəzarət altında idi.

Mütəxəssislərin fikrincə, BCI cihazının insanda istifadəsi üçün təhlükəsiz olduğu sübut edilsə belə, kommersiya istifadəsinə icazə verilməsi potensial olaraq on ildən çox vaxt apara bilər.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG