Accessibility links

ABŞ senatorları geyim qaydalarını rahatlaşdırır


Senator Con Fetterman
Senator Con Fetterman

Tənqidçilər xəbərdarlıq edirlər ki, Demokratların rəhbərliyi ənənəyə bağlı palatada pencək və qalstuk taxmaq tələbinin ləğvi üçün qaydaları dəyişdikdən sonra ABŞ Senatında ədəb pozulub.

Çoxluğun lideri Çak Şumer bazar ertəsi Senatın Silahlar üzrə Çavuşuna bildirib ki, palatanın yazılmamış geyim kodunun artıq tətbiq edilməsinə ehtiyac yoxdur. Rahat geyim qaydası palatanın bütün millət vəkillərinə şamil edilir, lakin şort və kapüşon sevən Demokrat senator Con Fettermanın cümə günü geyimini gündəlik geyimə çevirməsi üçün xüsusi bir razılaşma qəbul ediibi.

Fettermanın tərzi və ya bəlkə də tərzinin olmaması, onun bu il Senata gəlməsindən əvvəl seçki kampaniyasında vizit kartı olmuşdu. O, vəzifəyə gəldikdən və qısa müddət sonra klinik depressiyadan müalicə aldıqdan sonra çoxlarının rəğbətini qazanıb.

Şumer deyib ki, senatorlar istədiklərini geyinə bilər, hətta "mən kostyum geyinməyə davam etdəm də".

Lakin ilk dəfə Axios tərəfindən yayımlanan yeni qaydalar sağ tərəfin istehza ilə qarşılanıb.

Respublikaçı Syuzan Kollinz NBC telekanalına zarafatla deyib ki, o, “bikini geyinməyi” planlaşdırır.

"Düşünürəm ki, Senatda saxlamalı olduğumuz müəyyən bir ləyaqət var və geyim kodunu ləğv etmək mənim üçün qurumu alçaldır" - deyə, Kollinz əlavə edib.

Respublikaçı senator Bill Hagerti Fox Business-ə bildirib ki, bu addım “Demokratların Amerikanı dəyişdirmək, bizi tarixən olduğumuzdan daha hörmətsiz bir yerə aparan hərəkatında daha bir addımdır”.

ABŞ mediasının məlumatına görə, idman paltarında və ya digər qeyri-adi geyimdə səsverməyə qatılan qanunvericilər indiyədək bu qaydalardan yan ötməyə nail olublar.

Fetterman dedi ki, o, "töküntülü geyinə bilər", lakin geyim tərzinin tənqidi onu göstərir ki, "sağlar ağlını itirib".

Həm Nümayəndələr Palatasında, həm də Senatda son illərqadınların qolsuz paltar geyməsinə icazə verən rahatlıq qaydaları tətbiq edilib.

2019-cu ildə Nümayəndə İlhan Ömərin geydiyi hicaba icazə vermək üçün Nümayəndələr Palatası dini geyimlərə yaşıl işıq yandırmışdı.

Forum

XS
SM
MD
LG