Accessibility links

İran polisi Təbrizdə bir intihar bomba hücumunu önlədiyini iddia edir


Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz
Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz

İran polisi şənbə günü Təbrizdə bir intiharçı bomba hücumunu önlədiyini bildirib. Rəsmi dövlət agentliyi İRNA-nın xəbərinə əsasən bir intiharçı bomba hücumçusu polis tərəfindən saxlanılıb.

İRNA-nın Şərqi Azərbaycan vilayəti polis komandanlığının mədəni və ictimai məsələlər üzrə müavininə istinadən yaydığı açıqlamada saxlanılan şəxsin kimliyi və ya haradan Təbrizə gəldiyi barədə məlumat verilməyib.

Polkovnik Haşim Şəəfi İslam Respublikasına düşmən qrupların amillərindən olan və Təbrizdə ölümcül hadisə törədərək qarışıqlıq yaratmaq istəyən şəxsin şənbə günü kəşfiyat qurumu və çevik polis qüvvələri tərəfindən aşkar edildiyini açıqlayıb.

"Sentyabrın 16-da İslam İnqilabına düşmən cərəyanların mitinq və qarışıqlıq yaratmaq yönündə verdikləri çağırışlar fonunda Təbrizdə ölümcül olaylara yol açmaq məqsədilə intiharçı hücum aktına hazırlanan şəxs kəşfiyyat şöbəsi və çevik polis qüvvələrinin fərasəti ilə saxlanılıb," deyə polis komandiri irəli sürüb.

Polkovnik Şəəfi deyib ki, "sözügedən şəxs öncədən planlaşdıraraq bir neçə 11 və 5 kiloqramlıq qaz balonları hazırlayıb. O, balonlar üzərində işlər aparıb və avtomobilinin nömrəsini pozaraq Təbrizin Namaz meydanında hadisə törətməyə cəhd edib. Ancaq hədəfinə nail ola bilməyib."

Polis komandiri müttəhimlə bağlı təhqiqatın davam etdiyini söyləyib.

Forum

XS
SM
MD
LG