Accessibility links

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı ABŞ-da səfərdədir


Hərbi Dəniz Qüvvələri
Hərbi Dəniz Qüvvələri

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov ABŞ-ın Dəniz Qüvvələri Komandanlığının dəvəti ilə o ölkədə səfərdədir.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, vitse-admiral Bəkirov ABŞ-ın Nyuport şəhərində 90 ölkənin Hərbi Dəniz Qüvvələıri komandanları ilə yanaşı, müxtəlif mühüm dəniz təşkilatlarının iştirakı ilə keçiriləcək 25-ci Beynəlxalq Dəniz Gücü Simpoziumunda iştirak edəcək.

Tədbirin keçirilməsində əsas məqsəd dəniz nəqliyyatında Hərbi Dəniz Qüvvələri ilə mülki dəniz təşkilatları arasında naviqasiya təhlükəsizliyinin təmin edilməsi, həmçinin baş verə biləcək təhdidlərə qarşı birgə mübarizənin təşkili mövzuları üzrə müzakirələrin aparılmasıdır.

Xatıraladaq ki, Azərbaycan ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Azərbaycan hər il "Beynəlxalq Dəniz Gücü" simpoziumuna qatılır.

Azərbaycanın Hərbi Dəniz Qüvvələri 1919-cu ilin avqustunda ingilislər Azərbaycanı tərk etdikdən sonra formalaşıb. Həmin il oktyabrın 14-də dəniz aviasiyası dəstəsini yaradan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Paris Sülh Konfransının memorandumuna əsaslanaraq sualtı qayıqlar da sifariş verib. Lakin 1920-ci ildə hökumətin süqutundan sonra hərbi donanmanın yaradılması 71 il təxirə salınıb.

"Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında" qanuna əsasən Silahlı Qüvvələrin tərkib hissəsi kimi Hərbi Dəniz Qüvvələrinin yaranmasının hüquqi bazası müəyyən olunub. 26 iyul 1992-ci ildə "Bakılı" gözətçi gəmisində ilk dəfə olaraq müstəqil Azərbaycanın üçrəngli dövlət bayrağı qaldırılıb və Azərbaycan Hərbi Dəniz Qüvvələrinin yaradılmasına başlanılıb. 7 avqust 2000-ci ildən etibarən Hərbi Dəniz Qüvvələrinin bütün gəmilərində Hərbi Dəniz Qüvvələrinin bayrağı qaldırılıb.

Forum

XS
SM
MD
LG