Accessibility links

İranda Məhsa Əmininin ölümünün ildönümündə saxlanılanların olduğu bildirilir


İnsan haqları fəalları sentyabrın 17-də İranda 22 yaşlı Məhsa Əmininin polis nəzarətində ölməsinin bir illiyini qeyd edən onlarla insanın saxlandığını bildirirlər.

Hengaw İnsan Haqları Təşkilatı müxtəlif əyalətlərdə saxlanılanlardan ən azı 13-nün kimliyini təsdiqləyib.

Bu arada Qərbi Azərbaycan vilayətinin polis rəhbəri Rəhim Cahanbaxş 137 nəfərin “ictimai asayişi pozmaq” ittihamı ilə saxlandığını açıqlayıb.

İranlı kürd Məhsa Əmini baş örtüyü qaydalarını pozduğuna görə əxlaq polisi tərəfindən saxlanılıldan sonra 2022-ci il sentyabrın 16-da polis nəzarətində ölməsi xəbəri İranda aylarla hökumət əleyhinə etirazlara səbəb olub.

Forum

XS
SM
MD
LG