Accessibility links

Liviya rəsmiləri daşqınlardan sonra axtarış və xilasetmə işləri üçün Derna şəhərinə girişi bağlayıb


Liviya rəsmiləri daşqınlardan sonra Derrna şəhərində ölənlərin sayı 11 min, itkin düşənlərin sayı isə 10 mini keçməsindən sonra rəsmi olaraq şəhərə giriş və çıxışı bağlayıb. Məqsəd xilsaetmə komandalarına su basmış şəhərdə palçıq və binaların arasından itkin düşənləri axtarmağa imkan yaratmaqdır. .

Rəsmilər həmçinin xəstəlik və suların partlayıcı maddələri yerindən oynatması nəticəsində həlak olanların sayının daha da arata biləcəyi barədə xəbərdarlıq edir.

Bazar ertəsi səhər saatlarında Aralıq dənizində "Daniel" qasırğasının səbəb olduğu olduqca güclü yağışlar nəticəsində iki bənd çöküb. Nəticədə Derna şəhərinin ortasından keçən vadi boyunca bir neçə metr yüksəkliyində su dalğası keçib.

Onsuzda xaotik siyayi vəziyyətin hökm sürdüyü ölkədə qeyri-adi daşqınlar böyük itkilərə səbəb olub.

Neftlə zəngin ölkə 2014-cü ildən bəri müxtəlif silahlı quruplar və xarici qüvvələr tərəfindən dəstəklənən qruplar arasında bölünüb. Lakin fəlakətli vəziyyət nadir birliyə səbəb olub və Liviya boyu bölünmüş hökümət idarələri yardım üçün bir araya gəlib. Bununla belə şəhəri birləşdirən bir neçə körpünün dağılmasından sonra yardım səyləri ləngiyib.

Şərqi Liviyanın səhiyyə naziri Osman Əbdülcəlil bildirib ki, qruplar cəsədləri şəhər kənarında və yaxınlıqdakı şəhərlərdəki kütləvi məzarlıqlarda basdırıblar. Ancaq rəsmilər minlərlə cəsədin hələ də palçıq altında qaldığını ya da dənizdə olduğunu bildirir.

Liviyanın şərqindəki Təcili Yardım və Fövqəladə Hallar Xidmətinin baş direktoru Salam əl-Ferqani cümə axşamı bildirib ki, təcili yardım ekipajlarının işlərini görməsinə icazə vermək üçün sakinlər Dernadan təxliyə edilir və yalnız axtarış-xilasetmə qruplarının daxil olmasına icazə verilir.

Rəsmilər Liviyadakı siyasi xaosun daha çox insan itkisinə səbəb olduğunu bildiriblər.

BMT-nin Fəlakət Riskinin Azaldılması Ofisinin risk bilikləri şöbəsinin rəhbəri Lori Hiber Girardet cümə axşamı Associated Press-ə bildirib ki, "Hökumət institutları lazım olduğu kimi fəaliyyət göstərmir".

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG