Accessibility links

Avropa Parlamenti Türkiyə ilə bağlı “strateji tərəfdaşlıq” hesabatını qəbul edib


Avropa Parlamentindəki Türkiyə məruzəçisi Naço Sançez-Amorun Türkiyə ilə “tam üzvlük” əvəzinə “strateji tərəfdaşlıq” kimi “real çərçivə” təklif edən illik hesabatı dünən AP Baş Assambleyasında keçirilən müzakirələrdən sonra qəbul edilib.

Bu gün Baş Assambleyada keçirilən səsvermədə hesabat 18 əleyhinə, 434 lehinə səslə təsdiqlənib. 152 deputat səsvermədə bitərəf qalıb.

Ukrayna-Rusiya müharibəsindən sonra geosiyasi natarazlıqlar fonunda genişlənmə hədəfini yenidən gündəmə gətirən Avropa İttifaqı Qərbi Balkanlar, Ukrayna və Moldovanın üzvlük yolunu açmağa hazırlaşır; Türkiyə ilə 2005-ci ildən bəri davam edən və son illərdə tamamilə dayandırılan “tam üzvlük danışıqlarında çıxılmaz vəziyyətdən çıxmaq üçün” yeni çərçivə müəyyən etməyə çalışır.

Türkiyə məruzəçisi Sançez-Amorun hazırladığı hesabatda Ukrayna müharibəsindən sonra Türkiyə-Rusiya münasibətləri, Türkiyənin İsveçin NATO üzvlüyünə veto qoyması, Türkiyədə qanunun aliliyi, hüquq və azadlıqların vəziyyəti, demokratiyada davam edən pisləşmə, prezidentin səlahiyyətləriəlində cəmləşməsinin mənfi təsirləri, qonşuluq, əlaqələr kontekstində Ermənistan və Yunanıstan ilə münasibətlərdə mövcud vəziyyət və Kipr problemi ilə bağlı qiymətləndirmə və tənqidləri ehtiva edir.

Hesabatda 2005-ci il oktyabrın 3-dən bəri davam edən, lakin son siyasi proseslərə görə Türkiyənin tamamilə dondurulan üzvlük danışıqlarının ciddi çıxılmaz vəziyyətdə olduğu bildirilir.

Hesabatda, həmçinin qeyd olunur ki, üzvlük prosesi hazırkı şərtlərdə irəliləyə bilməz və Türkiyə hökuməti "istiqamətində köklü dəyişiklik etmədikcə yenidən başlaya bilməz".

Tərəfləri bu çıxılmaz vəziyyətdən xilas etmək üçün hesabatda Aİ-Türkiyə münasibətlərinin "faktlar işığında yenidən nəzərdən keçirilməli olduğu" ifadə edilərək, "strateji ortaqlığa" aparan yol xəritəsinin hazırlanmasıı istənilib.

Hesabatda Türkiyə hökumətindən, Aİ rəhbərliyindən, həm də üzv dövlətlərdən və Avropa qurumlarından daha sıx və dinamik əlaqələr inkişaf etdirəcək bir strategiyaya əməl etmələrinə, habelə Avropa Komissiyasından hər iki tərəfin razılaşa biləcəyi çərçivə üzərində işləməsinə çağırılır.

Hesabatın müzakirələri zamanı çıxış edən Sançez-Amor Türkiyədə demokratik təsisatların fəaliyyətinin pisləşdiyini, üzvlük prosesinin tam donma nöqtəsinə gəldiyini, Kipr məsələsini və Türkiyənin İsveçin NATO üzvlüyü bağlı ilə münaqişəsindən danışıb.

Aİ Komissiyasının sədri Ursula Von der Leyen səsvermədən əvvəl Baş Assambleyada etdiyi "Birliyin vəziyyəti" mövzusundakı çıxışında Aİ-nin yeni genişlənmə siyasəti ilə bağlı ipuçları verib və Türkiyə mövzusuna toxunmadan, Qərbi Balkanlar, Ukrayna və Moldovanın gələcəyinin Aİ-də olacağını deyib.

Aİ Komissiyasının sədri Gürcüstanın Aİ-yə namizədliyinə çox ehtiyatla yanaşıb. "Mən Aİ perspektivinin Gürcüstanda bir çox insan üçün nə qədər vacib olduğunu bilirəm" deyərək Leyen və əlavə edbi ki, Aİ yeni üzv ölkələrin qəbuluna hazırlaşmalıdır.

Oktyabr ayında Aİ liderləri İspaniyanın Qrenada şəhərində Avropa Siyasi Birliyi və Aİ liderlərinin sammitinə toplaşacaq və bu görüşlərdə Aİ-nin genişlənməsi və strateji muxtariyyət məsələləri müzakirə olunacaq.

Bu sammitlərdən əvvəl Aİ-nin xarici iəlaqələr üzrə ali komissarı Josep Borrell tərəfindən hazırlanan Türkiyə hesabatı yəqin ki, oktyabrın əvvəlində açıqlanacaq.

Forum

XS
SM
MD
LG