Accessibility links

Qubad İbadoğluna azadlıq tələbi ilə “52 şəhərdə 52 aksiya” adlı aksiya davam edir


Qubad İbadoğlu
Qubad İbadoğlu

Hazırda həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri (ADR) Qubad İbadoğlunun sentyabrın 12-də 52 yaşının tamam olması münasibətilə dünyanın müxtəlif ölkələrində aksiyalar davam edir.

Bu barədə Qubad İbadoğlunun qardaşı Qalib Toğrul Amerikanın Səsinə bildirib.

“Bu gün həm də Qubad müəllimin həbs olunduğunun 52-ci günüdür. Biz dünyanın 52 şəhərdə 52 aksiya planlaşdırmışıq. Biz bura sadə insanları, Qubad bəyin tərəfdarlarını, ona dəstək olmaq istəyən, milliyətindən, dinindən, irqindən aslı olmayaraq hamını bu aksiyaya dəvət eləmişik”, o qeyd edib.

Qalib Toğrul: Qubad İbadoğluna azadlıq tələbi ilə “52 şəhərdə 52 aksiya” adlı aksiyalar davam edir
please wait

No media source currently available

0:00 0:02:43 0:00

Onun sözlərinə görə, aksiya artıq sentyabrın 11-dən başlayıb.

“Bizim üçün ən qiymətlisi odur ki, dünyada insan hüquqları sahəsində fəaliyyət göstərən platformalar, beynəlxalq təşkilatlar Qubad İbadoğlunun ad günü ilə bağlı, həbsdə olmasının 52-ci günü ilə bağlı çox böyük kampaniyalar başlayıb. Kompaniyamız davam edir. Mən onu sosial şəbəkələrdə yaymağa davam edəcəm”, Qalib Toğrul deyib.

İqtisadçı alimin səhhətinə gəldikdə isə Qalib Toğrul problemlərin qaldığını, xüsusilə ürəyində gedən proseslərdən narahat olduğunu bildirib.

Qalib Toğrul bildirib ki, sentyabrın 12-də vəkil 1 saylı Bakı İstintaq Təcridxanasında Qubad İbadoğlu ilə görüşəcək.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.

Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Qubad İbadoğluna azadlıq tələbi ilə “52 şəhərdə 52 aksiya” adlı nümayişlər keçirilir. (foto Qalib Toğrulun facebook səhifəsindən götürülüb)
Qubad İbadoğluna azadlıq tələbi ilə “52 şəhərdə 52 aksiya” adlı nümayişlər keçirilir. (foto Qalib Toğrulun facebook səhifəsindən götürülüb)

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib. Qubad İbadoğlunu işi bu həftə Avropa Parlamentində də müzakirəyə çıxarılacaq.

Forum

XS
SM
MD
LG