Accessibility links

Ermənistanda ABŞ-la Eagle Partner 2023 birgə təlimləri başlayıb


Ermənistan və Birləşmiş Ştatlar bazar ertəsi sentyabrın 11-də birgə hərbi təlimlərə başlayıb. Yerevanın Moskvanın orbitindən uzaqlaşmasının son əlaməti olaraq qiymətləndirilən hərbi təlimlər Azərbaycanla gərginliyin artdığı bir vaxt və Ermənistanda Rusiyanın təhlükəsizlik qarantı rolunu oynamaması ilə bağlı fonunda narazılıqlar keçirilir.

ABŞ Ordusunun Avropa və Afrika sözçüsü Fransa xəbər agentliyinə “Eagle Partner” təliminin açılış mərasiminin baş tutduunu bildirib.

Ermənistan Müdafiə Nazirliyi təlimlərin məqsədinin beynəlxalq sülhməramlı missiyalarda ABŞ qüvvələri ilə “qarşılıqlı fəaliyyət səviyyəsini artırmaq”dan ibarət olduğunu bildirib.

ABŞ Ordusunun Avropa və Afrika Komandanlığı isə Zar və Armavir təlim sahələrində sentyabrın 11-20 tarixlərində 175 erməni hərbçisi ilə birlikdə təxminən 85 əsgərin təlim keçəcəyini bildirib.

Təlimlərin Ermənistanın 12-ci Sülhməramlı Briqadasını bu ilin sonunda qiymətləndirmə üçün NATO standartlarına cavab verməyə hazırlamağa kömək edəcəyi bildirilib.

Rusiya keçən həftə ABŞ-Ermənistan birgə təlimləri ilə bağlı narahatlığını ifadə edib. Kremlin sözçüsü Peskov bildirib ki, “bu təlimlər xüsusilə indiki vəziyyətdə narahatlıq doğurur”.

Ermənistan səfiri ölkənin atdığı “dost olmayan addımlar”la bağlı sentyabrın 8-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Nazirliyin açıqlamasında Ermənistan nümayəndəsinə “sərt” töhmət verildiyini bildirilsə də, ölkələrin “müttəfiq olaraq qaldığı” vurğulanıb.

Rusiya 2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsində atəşkəsə vasitəçilik edib və Qarabağa 2000 nəfərdən ibarət sülhməramlı qüvvə göndərib.

Rəsmi Yerevan Rusiyanın Qarabağda təhlükəsizliyi təmin edə bilmədiyini bildirir. Baş nazir Paşinyan keçən həftə Ermənistanın təhlükəsizlik baxımından Rusiyaya arxalanmasının “strateji səhv” olduğunu deyib.

Forum

XS
SM
MD
LG