Accessibility links

Azərbaycan Qarabağ erməniləri ilə yolların eyni vaxtda açılması ilə bağlı razılığın əldə edilməsini inkar edir


Laçın sərhəd buraxılış məntəqəsi
Laçın sərhəd buraxılış məntəqəsi

Azərbaycan prezidenti İlham Əliyevin xarici siyasət müşaviri Hikmət Hacıyev sentyabrın 9-da rəsmi Bakının Qarabağ erməniləri ilə Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılması ilə bağlı razılığın əldə edilməsi xəbərlərini inkar edib.

X sosial şəbəkəsində (keçmiş Twitter) yazan Hacıyev qeyd edib ki, Bakı dəfələrlə hər iki martşrutun eyni vaxtda açılmasını təklif etsə də, Qarabağdakı “qeyri-qanuni rejim” bundan imtina edib.

Azərbaycan prezidentinin müşaviri bildirib ki, sentyabrın 10-da Rusiya Qırmızı Xaç Komitəsinin təşəbbüsü ilə qida yükü Ağdam-Əsgəran yolu ilə Xankəndinə yola düşəcək. Hacıyev əlavə edib ki, “lakin Laçın sərhəd buraxılış məntəqəsində gömrük və sərhəd nəzarəti rejiminə əməl edilməlidir.”

Hacıyev vurğulayıb ki, Rusiya Qırmızı Xaç Komitəsinin daşıdığı yükün Ağdamdan Xankəndinə getməsi ayrı sövdələşmədir və Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılması təklifi ilə qarışdırılmamalıdır.

Ermənistan dövlət xəbər agentliyi Armenpress sentyabrın 9-da bildirmişdi ki, Qarabağ erməniləri rəsmi Bakının Ağdam-Xankəndi yolunun açılması qarşılığında Laçın-Xankəndi yolunun açılacağı təklifini qəbul edib.

Forum

XS
SM
MD
LG