Accessibility links

Rusiya Kyivə 30-dan çox dronla zərbə endirib


Sentyabrın 10-da Rusiya Ukrayna paytaxtı Kyivə dronlarla hücum həyata keçirib. Ukrayna Silahlı Qüvvələri müəyyən edilmiş 33 “Şahed” pilotsuz uçuş aparatından 26-nın vurulduğunu bildirir.

Vilayətin hərbi administrasiyası PUA-ların Kyiv hava məkanında təxminən gecə saat 1 radələrində müəyyən ediliyi haqda məlumat verib. Vilayət ərazisində hava hücumu xəbərdarlığı verilib. Daha sonra Kyiv meri Vitaliy Kliçko və Kyiv şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko şəhərin 3 ərazisində - Svyatoşinski, Podolski və Şevçenkovski rayonlarında dron qırıntılarının tapıldığı haqda məlumat paylaşıblar.

Şevçenkovski rayonunda qırıntılar çoxmərtəbəli yaşayış binasının mənzilinə düşüb. Şəhər administrasiyasından bildiriblər ki, sakinlər yanğını özləri söndürməyi bacarıblar. Popkonun yazdığına görə, Svyatoşinski rayonunda qırıntılar Sovki parkına düşərək, yanğına səbəb olub. Kliçko isə dron qırıntıların həm də Podolski rayonunda açıq məkana düşərək, bir nəfərin xəsarət almasına səbəb olduğunu bildirib.

Kliçko paytaxtın Solomenski rayonunun yol hərəkəti hissəsində qırıntılar yandığını əlavə edib.

Daha sonra məlum olub ki, pilotsuz uçuş aparatları Kyiv vilayətində infrastruktur obyektini zədələyiblər. Səkkiz özəl bina, məktəb, uşaq bağçası, qəsəbə şurası və təlim-reabilitasiya mərkəzinə ziyan dəyib. İnsan itkisi yoxdur.

Forum

XS
SM
MD
LG