Accessibility links

Alimlər çirkli sudan hidrogen əldə edir


Yaşıl hidrogen
please wait
Embed

No media source currently available

0:00 0:01:56 0:00

Oreqon Ştat Universitetinin tədqiqatçıları çirklənmiş sudan hidrogen əldə edir və eyni zamanda suyu təmizləyən bir proses hazırlayıb.

Yaşıl hidrogen avtomobillərimizi gücləndirməkdən tutmuş evlərimiz və iş yerlərimiz üçün elektrik enerjisi istehsalına qədər müxtəlif sənaye sahələrində alternativ enerji mənbəyi kimi getdikcə daha çox istifadə olunan təmiz yanacaqdır.

Hidrogenin əksəriyyəti təbii qazdan istifadə olunaraq çoxlu karbon qazı buraxan kimyəvi prosesdən əldə edilir. Bunun əksinə olaraq, yaşıl hidrogen karbon qazı buraxmadan külək və ya günəş enerjisi kimi bərpa olunan enerji mənbələrindən istifadə etməklə istehsal oluna bilər.

İndi Oreqon Universitetinin tədqiqatçıları adətən fermalarda rast gəlinən herbisidlərlə çirklənmiş sudan hidrogen əldə etmək və eyni zamanda suyu təmizləmək üçün sistem işləyib hazırlayıblar.


“Su həyat üçün vacibdir. Lakin çirklənmiş suyun istehlakı sağlamlığımıza ciddi təsir göstərə bilər. Məsələn, fermerlər bu texnologiyadan istifadə edə bilər. Onlar suyu təmizləməklə yanaşı, eyni zamanda təsərrüfatlarını gücləndirmək üçün hidrogendən istifadə edə bilərlər" - deyə, Oreqon Universitetindən Kiriakos Stiliyano bildirib.

Təsərrüfat avadanlığı kimi.

"Birləşmiş Ştatlar enerji sektorumuzu 2050-ci ildən gec olmayaraq xalis sıfır emissiyaya doğru cəsarətli addımlar atır", Prezident Co Bayden deyib.


Təmiz hidrogen Bayden administrasiyasının daha təmiz enerji gələcəyinə yönəlmiş səylərinin mərkəzidir, çünki getdikcə daha çox ölkə hidrogeni alternativ yanacaq mənbəyi kimi araşdırır.

ABŞ Energetika Nazirliyinin hidrogen və yanacaq elementləri texnologiyaları ofisinin direktoru Sunita Satyapal Amerikanın Səsinə danışıb.


"Əsas səbəblərdən biri ölkələrin iqlim məqsədlərinə çatmaq üçün hidrogen kimi karbonsuz bir molekula ehtiyac duyacaqlarını qəbul etməsidir. Hidrogen həqiqətən bir çox sahədə tətbiqi üçün universallığa malikdir".

Gələcək üçün alternativ yanacaq mənbəyi kimi dövlət və özəl sektorda innovativ hidrogen təşəbbüsləri də məhz bundan ibarətdir.

Forum

XS
SM
MD
LG