Accessibility links

Pakistanda xristian icmasının lideri sui-qəsd cəhdindən xilas olub


Əhalisinin əksəriyyəti müsəlman olan Pakistan polisi bazar ertəsi təsdiqləyib ki, yerli xristian icmasının lideri güllə yarası alıb. Hadisə keçən ay xristian məhəlləsinə hücumlar nəticəsində təxminən iyirmi kilsə və çoxlu evin yandırıldığı şərq bölgəsində baş verib.

Pastor Viki kimi tanınan keşiş Feysəllabad polisinə bildirib ki, o, bazar günü axşam yerli kilsədə dua etdikdən sonra oğlu ilə motosikletlə evə gedərkən silahlı şəxs onu hədəf alıb.

Yerli hakimiyyət orqanları və azlıq xristian icmasının üzvləri bildiriblər ki, Viki hazırda çiynindən güllə yarası aldığı üçün yerli xəstəxanada müalicə olunur.

Keşiş xəstəxanada polisə atışma hadisəsini izah edərək, hücum edənin və başqa bir adamın ilk dəfə üç gün əvvəl onun qarşısını kəsdiyini və İslam peyğəmbəri Məhəmmədi təhqir etdiyinə görə onu öldürməklə hədələdiyini deyib.

Ərazi polis rəsmiləri hücumla bağlı araşdırma aparıldığını təsdiqləyib.

Keşiş polisə etdiyi yazılı şikayətdə bildirib ki, naməlum şəxslər keçən həftə yerli qanunları pozaraq kilsəsinin ön divarlarına İslami şüarlar yazıb.

"O vaxtdan bəri ölümlə hədələnirəm və yalandan küfrdə ittiham olunuram. Mən səlahiyyətliləri mənim və xristian icmamın təhlükəsizliyini təmin etməyə çağırıram ki, bu ölkədə qorxmadan yaşaya bilək. Bu hücumda iştirak edən cinayətkarın və onun tərəfdarlarının məsuliyyətə cəlb olunmasını tələb edirəm" - deyə, keşiş yazıb.

Sui-qəsd cəhdinin məsuliyyətini üzərinə götürən olmayıb.

Bu, avqustun 16-da minlərlə müsəlmanın rayonun yoxsul Caranvala qəsəbəsində xristian məhəlləsinə basqın etməsindən iki həftə sonra baş verib. İnsanlar orada 24 kilsəni, onlarla kiçik ibadətgahı və çoxlu evi yandırıb və qarət edib.

Polis və icma liderlərinin sözlərinə görə, iki xristian kişinin İslamın müqəddəs kitabı olan Quranı təhqir etməsi ilə bağlı yalan iddialar və şayiələr müsəlmanları iğtişaşlara sövq edib.

Geniş şəkildə pislənən hücum Pakistan tarixində bir azlıq icmasına qarşı ən dağıdıcı hücumlardan biri kimi təsvir edilib.

Polis o vaxtdan bəri 200-ə yaxın adamı həbs edib.

Pakistanın müvəqqəti baş naziri Ənvar-ul-Haq Kakar və ölkə ordusunun rəhbəri Caranvala hücumunu pisləyib və günahkarların ədalət qarşısında cavab verəcəklərinə söz veriblər.

Pakistanın küfr qanunlarına görə Quranı və ya İslam inanclarını təhqir etmək ölümlə cəzalandırılır. BUna görə heç kim heç vaxt edam edilməyib, lakin təqsirləndirilən şəxslər işi apellyasiya şikayəti verməsi ilə illərlə həbsdə qalmağı gözləyə bilər.

İnsan haqları fəalları deyirlər ki, yüzlərlə şübhəli, əsasən də müsəlmanlar Pakistan həbsxanalarında yatır. Belə ki, hakimlər çox hallarda məhkəmə proseslərini irəli aparmaq və ya islamçı qrupların təzyiqi altında onlara bəraət qazandırmaq istəmir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG