Accessibility links

Qarabağ ermənilərinin lideri istefa verib


Erməni media mənbələrinin verdiyi məlumata əsasən, özünü "Dağlıq Qarabağ Respublikası" kimi təqdim edən qurumun prezidenti Araik Arutyunyan eyniadlı qurumun parlamentinə istefa ərizəsini təqdim edib. Yerli rəsmilər istefa ərizəsinin alındığını təsdiqləyiblər.

Bundan öncə, Arutyunyan "dövlət naziri" kimi təqdim olunan Qurgen Nersisyanı vəzifəsindən azad edib. Onun əvəzinə əvvəllər "təhlükəsizlik şurasının katibi" kimi təqdim olunan Samvel Şahramanyan təyin edilib. Arutyunyanın sözlərinə görə Şahramanyana "geniş səlahiyyətlər" verilib.

Qarabağ erməni liderliyində baş verən son dəyişikliklər bölgədə böhranın dərinləşdiyi vaxta təsadüf edir.

Azərbaycan hökumətinin əvvəllər Ermənistanın Qarabağa təmas xətti olan Laçın yolunda sərhəd buraxılış məntəqəsi qurmasından sonra rəsmi Yerevan və Qarabağ erməniləri regionun blokadaya düşdüyünü və ərazidə humanitar böhran yarandığını bildiriblər. Onların sözlərinə görə, Ermənistandan gələn yüklərin əraziyə buraxılmaması Qarabağda ərzaq və dərman çatışmazlığına yol açıb.

Azərbaycan hökuməti Laçın yolunda sərhəd buraxılış məntəqəsinin qurulmasını özünün suveren hüququ kimi dəyərləndirib və erməni tərəfini əvvəllər yoldan sui istifadə edərək əraziyə minalar, hərbi heyət və silah daşımaqda günahlandırıb.

Əlavə olaraq Azırbaycan Qarabağ ermənilərinin ehtiyaclarının ödənməsi üçün Ağdam-Xankəndi yolundan istifadə olunmasını təklif edib.

Bir sıra Qərb dövlətləri, o cümlədən Fransa və Birləşmiş Ştatlar rəsmi Bakını Laçın yolunda sərbəst gediş-gəlişi bərpa etməyə çağırıb.

Forum

XS
SM
MD
LG