Ukraya rəsmiləri cümə günü bildirib ki, Rusiyaya məxsus raketin mərkəzi Vinnitsa vilayətində özəl müəssisəyə düşməsi nəticəsində 3 nəfər yaralanıb.
Qubernator Serhiy Borzov Telegram-da məlumat yayaraq bildirib ki, "Təəssüf ki, qurbanlar var - üç mülki şəxs, onlara bütün lazımi yardım göstərilir". O həmçinin əlavə edib ki, zərbə nəticəsində əmlak və avtomobillərə ziyan dəyib.
Digər tərədən isə Ukraynaya məxsus pilotsuz uçan aparat cümə günü səhər Rusiyanın qərbində ölkənin ən böyük atom elektrik stansiyalarından birinin yerləşdiyi şəhərə düşüb.
Rusiya rəsmiləri deyirlər ki, Kurçatovda yerləşən stansiyanın özünə ziyan dəydiyinə dair məlumat yoxdur, lakin ən azı bir bina zədələnib.
Böyük Britaniyanın Müdafiə Nazirliyi cümə günü Ukrayna ilə bağlı gündəlik kəşfiyyat məlumatında bildirib ki, Rusiya hazırda Kerç boğazı üzərindən, o cümlədən Krım körpüsündən keçən keçidləri ayaqda saxlamaq üçün “bir sıra passiv müdafiə” vasitələrindən istifadə edir.
Nazirlik bildirib ki, müdafiə vasitələrinə tüstü generatorları və dron qayıqlarından hücumlardan qorunmaq üçün sualtı gəmilərdən tikilmiş sualtı maneələr və baryerlər daxildir.
Bu arada BMT-nin baş katibi cümə axşamı bildirib ki, o, Moskvanın iyul ayında ləğv etdiyi taxıl müqaviləsini təzələmək üçün Rusiyaya “konkret təkliflər” verib.
"Təklif Qara dəniz təşəbbüsünün bərpası zərurəti ilə bağlıdır" deyə Antonio Quterreş Birləşmiş Millətlər Təşkilatında qısa mətbuat konfransı zamanı jurnalistlərə bildirib. O həmçinin əlavə edib ki, “Eyni zamanda, Rusiya ərzağı və gübrələrinin adekvat qiymətlərlə qlobal bazarlara daha effektiv çıxışına imkan verən narahatlıqlar üçün bəzi konkret həll yollarımız var”.
O, təklifin detalları barədə danışmasa da bildirib ki, bu, Moskvanın bəzi narahatlıqlarını aradan qaldırır. Lakin o xəbərdarlıq etdi ki, təşəbbüsün hər hansı bir canlanması sabit olmalıdır.
BMT rəhbəri deyib ki, o, Ukraynada tezliklə sülhün bərqərar olması imkanını görmür və bu da taxıl sazişi kimi təşəbbüslərin bərpasını daha da aktual edir.
Digər tərəfdən isə danışıqlarda və taxıl sazişinin həyata keçirilməsində əsas rol oynayan Türkiyə, xarici işlər nazirini sazişin bərpasını müzakirə etmək üçün cümə axşamı Moskvaya göndərib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransı zamanı BMT-nin təkliflərini dəstəklədiyini bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə taxıl müqaviləsini müzakirə etmək üçün görüşməyi planlaşdırdığı bildirilir.
Forum