Accessibility links

Qalib Toğrul: Qubad bəyin səhhəti kamerada qalmağa imkan vermir


Qubad İbadoğlu (Arxiv foto. Mənbə: VOA)
Qubad İbadoğlu (Arxiv foto. Mənbə: VOA)

Sentyabrın 1-də Bakının Nərimanov rayon Məhkəməsində Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətin baxışı təxirə salınıb.

Qalib Toğrul: Biz Bakı İstintaq təcridxanasından Qubad İbadoğlunun müayinə və analizlərinin nəticələrini istəyirik
please wait

No media source currently available

0:00 0:01:07 0:00

Bu barədə Amerikanın Səsinə Qubad İbadoğlunun qardaşı Qalib Toğrul məlumat verib.

Onun sözlərinə görə, məhkəmə Qubad İbadoğlunun müayinə və analizlərinin nəticələrinin alınması ilə bağlı 1 saylı Bakı İstintaq Təcridxanasına müraciət edib.

“Bu səbəbdən məhkəmə sentyabrın 2-dək təxirə salınıb. Biz Bakı İstintaq Təcridxanasından Qubad İbadoğlunun müayinə və analizlərinin nəticələrini istəyirik. Ev dustaqlığına buraxılması üçün əsaslandırmamız odur ki, Qubad bəyin səhhəti kamerada qalmağa imkan vermir. Həm saxlanma şəraiti ağırdır, həm də çoxlu xəstəlikləri var. Ona görə də bizə o sağlamlıq barədə kağızlar mütləq lazımdır. Ya imkan verilməlidir bizim təyin elədiyimiz müstəqil həkimlər tərəfindən müayinədən keçirilsin. Ya da ən azı müayinənin nəticələri bizə təqdim olunmalıdır. Çox təəssürf ki, istintaq təcridxanasının rəhbərliyi müayinənin nəticələrini bizə təqdim etmir”, o qeyd edib.

Bununla yanaşı, Amerikanın Səsinin Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən, Ombudsman Aparatından bu deyilənlərlə bağlı şərh alması hələ mümkün olmayıb.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.

Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Forum

XS
SM
MD
LG