Accessibility links

Azərbaycanın Livandakı səfirliyinə hücum olub


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

Avqustun 30-da Azərbaycanın Livandakı səfirliyinə hücum olub, xəsarət alan olmayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, Azərbaycanın Livandakı səfirliyi qarşısında aksiya keçirən “50-yə yaxın erməni əsilli şəxs səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar”.

Hücum nəticəsində səfirliyin heyəti arasında xəsarət alanların olmadığı bildirilir. Eyni zamanda səfirliyin bəyanatında "təxribatçıların" hadisə yerindən uzaqlaşmağa müvəffəq olduqları deyilir.

"Səfirliyə qarşı törədilən bu hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə Livanın Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edilib və aidiyyəti üzrə tədbirlər həyata keçirilir. Hazırda səfirliyin mühafizəsi daha da gücləndirilib və törədilmiş cinayətlə bağlı araşdırma aparılır”, Xarici İşlər Nazirliyi bildirir.

Öz növbəsində, Livanın Xarici İşlər Nazirliyi Azərbaycanın Beyrutdakı səfirliyinə hücumla bağlı hələ məlumat yaymayıb.

1991-ci ilin 30 dekabrında Azərbaycanın müstəqilliyi Livan tərəfindən tanınıb. 1992-ci ilin 18 sentyabr tarixində iki ölkə arasında diplomatik əlaqələrin yaradılması haqqında protokol imzalanıb.

İki ölkə arasında ümumilikdə müxtəlif sahələrdə əməkdaşlıq haqqında 4 sənəd imzalanıb.

2019-cu ilin statistik məlumatlarına görə, ticarət dövriyyəsi cəmi $941 000 dollar olub.

Forum

XS
SM
MD
LG