Accessibility links

Ukrayna Rusiyanın 4 qanadlı raketini vurub


Ukrayna bazar gecəsi dörd rus raketini vurduğunu bildirib, lakin bunun harada baş verdiyini açıqlamayıb.

Bu arada, Ukrayna prezidenti Volodimir Zelenski şənbə günü gündəlik müraciətində bildirib ki, avqustun sonuncu şənbəsi ənənəvi olaraq Ukraynanın mülki və hərbi aviasiya işçiləri tərəfindən peşə bayramı kimi qeyd olunur. Onun sözlərinə görə, bu il Ukraynada "F-16-ların [qırıcı təyyarələrin] səmamızda görünməsi" üçün "Ukrayna hərbi aviasiyası yeni səviyyəyə" yüksəlib.

Zelenski cümə günü “Jitomir vilayəti üzərində səmada” həlak olan üç pilotu da xatırlayıb. Prezident bildirib ki, pilotların ölümünün təfərrüatları barədə danışmaq hələ tezdir.

Rusiya qüvvələri şənbə günü strateji əhəmiyyətə malik şimal-şərqdə yerləşən Kupyansk şəhəri yaxınlığındakı Podolıda kafeni atəşə tutub, iki dinc sakin ölüb, üçüncüsü yaralanıb.

Hücumlar rusların şimal-şərq bölgəsindəki cəbhəyanı şəhərləri geri almağa çalışdıqları ilə bağlı qorxuları artırır.

Böyük Britaniyanın Müdafiə Nazirliyi şənbə günü bildirib ki, Rusiyanın bölgədə ehtimal olunan məqsədi qərbi Oskil çayına doğru irəliləmək və Luqansk vilayəti ətrafında bufer zona yaratmaqdır.

Böyük Britaniya hərbi kəşfiyyat hesabatlarına görə, Rusiya Ukraynanın Baxmut və Zaporijye bölgəsi yaxınlığında əks-hücum nəticəsində iritdiyi əraziləri geri qaytarmağa çalışır.

Müharibədən əvvəl təxminən 27 000 nəfər əhalisi olan Kupyansk şəhəri 2022-ci ilin fevral işğalının ilk günlərində Rusiya tərəfindən ələ keçirilib. Ukrayna qoşunları ötən ilin sentyabrında Moskvanı utandıran gözlənilməz hücumla şəhəri geri alıb.

Keçən il rus işğalçıları Kupyanskı tərk etdikdən sonra Ukrayna hakimiyyəti bölgədə işgəncə kameraları və kütləvi məzarlıqlar tapdıqlarını bildirib.

Forum

XS
SM
MD
LG