Accessibility links

Yunanıstanda yanğın səbəbi ilə daha 5 kənd evakuasiya edilib


Yunanıstan hakimiyyəti bazar günü Türkiyə ilə şimal-şərq sərhədinə yaxın daha beş kəndi boşaldıb. Həftə sonu artıq bir neçə evi məhv edən böyük yay yanğını təhlükəli şəkildə bölgəyə yaxınlaşıb.

Şənbə günü daha səkkiz kəndin boşaldılmasına səbəb olan Aleksandrupolis şəhəri yaxınlığındakı meşə yanğını nəticəsində yanğınsöndürənlər və ya sakinlər üçün ciddi xəsarətlər barədə məlumat yoxdur.

Paytaxt Afina və Yunanıstanın cənubundakı digər bölgələrdə "hədsiz" yanğın təhlükəsi barədə xəbərdarlıq edilib. 200-ə yaxın yanğınsöndürən, 16 suburaxan təyyarə, könüllülər və polisin köməyi ilə Aleksandrupolis yaxınlığında yanğınla mübarizə aparıılır.

Yerli hakimiyyət orqanları boşaldılan kəndlərdən ikisində, eləcə də kilsədə ondan çox ev və digər tikililərə ciddi ziyan gördüyünü bildirib.

Tüstü görmə qabiliyyətini azaltdığından əsas magistralın hissələri ikinci gün bağlı qalıb. Aleksandrupolis sakinlərinə isə pəncərələrini bağlı saxlamaq tövsiyə edilib.

Yunanıstanın mülki müdafiə naziri Vassilis Kikilias bazar günü bildirib ki, yanğınsöndürənlər, polis, ordu personalı və könüllülər Aleksandrupolis bölgəsində “gərgin mübarizə aparırlar”. O, bazar ertəsi bütün ölkədə ictimai sayıqlığa çağırıb.

Yunanıstanda hər yaya dağıdıcı meşə yanğınları baş verir və rəsmilərin dediyinə görə, bu, iqlim dəyişikliyi ilə daha da şiddətlənir.

Yunanıstanda qeydə alınmış ən ölümcül meşə yanğını 2018-ci ildə Afina yaxınlığındakı dənizkənarı kurortda 104 nəfərin həyatına son qoyub.

Forum

XS
SM
MD
LG