Accessibility links

Zelenski İsveçə, Putin isə Rostov-na-Donuya səfər edib


İsveç baş naziri Ulf Kristerson və Ukrayna prezidenti Volodimir Zelenski
İsveç baş naziri Ulf Kristerson və Ukrayna prezidenti Volodimir Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski avqustun 19-da İsveç səfərindədir. Bu, Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hərbi hücumu müddətində ölkəyə ilk səfəridir.

İsveç hökumətinin verdiyi məlumata görə, Zelenskinin paytaxt Stokholm şəhərindən 120 kilometr qərbdə yerləşən Harpsund evində ölkə rəsmilərilə görüşü baş tutacaq. Ukrayna prezidenti həmçinin həmin ərzində yerləşən sarayda İsveç kralı Karl XVI Qustav və kraliça Silvia ilə görüşəcək.

İsveç Rusiya ilə müharibədə Ukraynaya silah və digər növ dəstək verməklə uzun müddət sadiq qaldığı hərbi qoşulmama siyasətinə son qoyub. Ölkə həmçinin NATO üzvlüyünə müraciət edib və alyansa qoşulmağı gözləyir.

Eyni zamanda, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə sərhəddə yerləşən Rostov-na-Donu şəhərinə səfər edərək, yüksək vəzifəli hərbi rəsmilərlə görüşüb.

Kremlin verdiyi məlumata görə, Putin Moskvanın Ukrayna əməliyyatlarına rəhbərlik edən Valeri Gerasimov və Rusiya Cənub Hərbi Ərazisinin qərargahında hərbi rəhbərliyin digər nümayəndələrinin hesabatlarını dinləyib. Görüş bağlı qapılar arxasında keçirilib.

Putinin iyun ayında Vaqner muzdlularının hərbi qiyamı zamanı Rostov-na-Donu şəhərini qısa müddət ərzində nəzarətdə saxlamasından sonra şəhərə ilk səfəridir.

Forum

XS
SM
MD
LG