Accessibility links

Qobustanın Nardaran kəndi: Heyvan satıb, su alırıq

Bura Qobustan rayonunun Nardaran kəndidir. Kənd rayon mərkəzindən təxminən 15-20 kilometr aralıqda yerləşir.

Nardaran kəndi əhalisinin əsas məşğuliyyəti maldarlıqdır. Hazırda kənddə 12 ailə yaşayır. Sakinlər deyir ki, kənddə su olmadığından öz heyvanlarını satıb, su alırlar.

Qaz kəndin digər probləmlərindən biridir. Uzun illərdir qaz verilmir. Kənd sakinlərinin sözlərinə görə, dəfələrlə Qobustan İcra Hakimiyyətinə müraciət etsələr də müraciətlərinə bu günədək cavab verilməyib.

Nardaran sakini Bahadur Əhlimanov deyir ki, qış aylarında kəndə gediş-gəliş məhdudlaşır: “Bir az yağış yağan kimi bu yolu getmək mümkün olmur. Hər tərəfdən təcrid oluruq. İnsanlar xəstələnəndə isə gedəcəkləri tibb məntəqəsi də yoxdur.”

Digər sakin Rasim Nəsirov illərdir kəndə verilməyən sudan gileylənir: “Heyvanlara su vermək üçün uzun yol getmək lazımdır, yaxud da 3-4 quzunu satıb su almaq məcburiyyətində qalırıq.”

Sakinlər qeyd etdiyi digər məqam kənddə məktəb olsa da, nə təhsil alan şagird, nə də dərs deyən müəllimlər var.


XS
SM
MD
LG