Accessibility links

Bir qrup vəzifəli şəxs rüşvət ittihamı ilə həbs edilib


Azərbaycan Dövlət Gömrük Komitəsi
Azərbaycan Dövlət Gömrük Komitəsi

Azərbaycanda gömrük rəsmiləşdirilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs edilib.

Azərbaycan Baş Prokurorluğu və Dövlət Gömrük Komitəsinin birgə məlumatında deyilir ki, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin inspektoru Məzahir İsmayılovun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialının müdiri Elşan Abdullayevin və “ƏR TRANSPORT” MMC-nin faktiki rəhbəri Ədalət Quliyevin əlbir olaraq vətəndaşdan 8 min manat məbləğində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Göstərilən faktlar üzrə başlanmış cinayət işi üzrə Məzahir İsmayılov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), Elşan Abdullayev və Ədalət Quliyev isə 32.5, 308.2, 32.5, 311.3.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və külli miqdarda rüşvət almaqda köməkçilik) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Həbs edilən şəxslərin yaxınları və vəkilləri hələ Baş Prokuroluğun və Gömrük Komitəsinin birgə məlumatına münasibət bildirməyib.

Xatırladaq ki, illərdir gömrük orqanlarının çoxsaylı vəzifəli şəxsləri rüşvət almaq, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbsə məhkum edilir. Bununla yanaşı bu sistemdə neqativ halların hələ davam etdiyini bildirir.

Təhliçilər gömrük strukturunda ciddi islahatlara, şəffaflığın artırılmasına, ictimai nəzarətin gücləndirlməsinə ciddi ehtiyac duyulduğunu bildirir.

Forum

XS
SM
MD
LG