Accessibility links

İşçi haqları fəalı Afiəddin Məmmədovun apellyasiya şikayəti təmin olunmayıb


İşçi haqları fəalı Afiəddin Məmmədovun apellyasiya şikayəti təmin olunmayıb
please wait

No media source currently available

0:00 0:01:46 0:00

Avqustun 10-da Bakı Apellyasiya Məhkəməsində ictimai fəal, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun həbsindən verilmiş apellyasiya şikayətinə baxılıb.

Yasamal Rayon Məhkəməsi onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə 30 sutka inzibati həbs cəzası verib.

Məhkəmə onun apellyasiya şikayətini təmin etməyib. Bu barədə vəkil Zibeydə Sadıqova məlumat verib. Onun sözlərinə görə Afiəddin Məmmədov özü də məhkəmədə çıxış edib:

“Dedi ki, məhkəmədə vəkilinin gəlməsini istəyib, vəkilin gəlməsini təmin etməyiblər deyə, məhkəməni ədalətli saymır. O, məhkəmənin qərarından narazıdır, bildirdi ki, orada yazılanların heç birini etməyib. Nə nalayiq söyüş söyməyib, nə polisin qanuni əmrinə tabe olmamaq kimi bir hərəkət etməyib. Şikayəti müdafiə etdik, amma çox təəssüf ki, məhkəmə bizim vəsatətlərimizi təmin etmədi”.

Avqustun 2-də Xətai Rayon Məhkəməsinin qərarı ilə ictimai fəal Afiəddin Məmmədov İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə 500 manat məbləğində cərimə olunub.

Yasamal Rayon Məhkəməsi isə onun barəsində İXM-nin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə 30 sutka inzibati həbs cəzası verib.

Avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş qanunla bağlı bəyanat yayıb.

Elə həmin gün bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz edib. Afiəddin Məmmədov da aksiyadan sonra saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, məhkəmə qərarı ilə müəyyən edilən borc öhdəliyindən yayındığına görə axtarışda olan Afiəddin Məmmədovun yeri müəyyən olunaraq saxlanılıb.

"Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məmmədova məhkəmənin qərarı ilə 30 gün müddətinə inzibati həbs cəzası verilib", o deyib.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası 2022-ci il martın 1-də bir qrup işçi fəallar tərəfindən qurulub.

İttifaqın məqsədi Azərbaycanda baş verən işçi istismarına qarşı mübarizə aparmaq, işçilərə ödənişsiz hüquqi yardım göstərmək, həmkarlar ittifaqı ənənəsini yenidən bərpa etmək, işçiləri təşkilatlandırmaq və birgə mübarizəyə təşviq etməkdir.

Forum

XS
SM
MD
LG