Accessibility links

İşçi Masasının üzvü Elvin Mustafayevin saxlanıldığı bildirilir


Elvin Mustafayev
Elvin Mustafayev

Avqustun 5-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayevin saxlanıldığı bildirilir. Bu barədə Amerikanın Səsinə "Demokratiya 1918" Hərəkatının sədri Əhməd Məmmədli məlumat verib.

"Dünən axşamdan bəri Elvinə zəng çatmır. Bu gün isə onunla görüşməli idik, lakin xəbər ala bilmədim. İki gün əvvəl özü bildirmişdi ki, polis aksiyadan sonra yaşadığı evin yaxınlığında onun barəsində məlumat toplamağa çalışıb. Elvinin polis tərəfindən saxlanıldığını ehtimal edirik", o bildlirib.

Avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş qanunla bağlı bəyanat yayıb.

Elə həmin gün bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz olaraq aksiya keçirib.

Əhməd Məmmədli bildirib ki, Elvin Mustafayev aksiyanın təşkilatçılarından biri olub.

Avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun da aksiyadan sonra saxlanıldığı bildirilir.

Avqustun 2-də Yasamal Rayon Məhkəməsi onun barəsində İXM-nin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə 30 sutka inzibati həbs cəzası verib.

Eyni gündə Xətai Rayon Məhkəməsi isə Afiəddin Məmmədovu İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə 500 manat məbləğində cərimə edib.

Daxili İşlər Nazirliyindən fəalın saxlanılması ilə bağlı məlumat almaq mümkün olmayıb.

Forum

XS
SM
MD
LG