Accessibility links

İmran Xan həbs olundu


Pakistan polisi sabiq baş nazir İmran Xanı həbs edib. Həbs federal məhkəmə onu dövlət hədiyyələtini qeyri-qanuni yolla satmağa görə üç il həbs cəzasına məhkum etdikdən dərhal sonra baş verib.

70 yaşlı siyasətçi ölkənin şərqi Lahor şəhərində həbs olunub və oradan paytaxt İslamabada aparılmaqdadır.

Əgər appelyasiya məhkəməsi hökmü qüvvədə saxlayarsa, onda məhkum olunması Xanı beş il siyasətlə məşğul olmaqdan saxlaya bilər. Bu isə onun bu ilin sonunda keçirilməsi planlaşdırılan seçkilərdə iştirakını qeyri-mümkün edəcək, deyə hüquqşünaslar seçki qanunlarına istinad edərək bildirir.

İmran Xanın rəhbərlik etdiyi Pakistan Tehrik-e-İnsaf (PTİ) partiyası cəld olaraq hökm üzrə Ali Məhkəməyə müraciət edib.

“Çox rüsvayçı və iyrəndirici bir haldır ki, İmran Xanı seçkilərdən uzaqlaşdrımaq və həbs etmək üçün qanuna bu dərəcə rişxənd edilir,” PTİ yaydığı bəyanatda bildirib.

Hökm ölkənin seçki komissiyasının sabiq kriket əfsanəsinin baş nazir olduğu vaxt, 2018-2022-ci illər arasında qeyri-qanuni olaraq dövlət hədiyyələrini satması barədə sorğusundan qaynaqlanır.

Xanın iştirak etmədiyi prosesdə ona hökm oxuyan hakim Toşaxana məsələsinin sübuta yetirildiyini bildirib.

Toşaxana xarici qonaqların hökumət rəsmilərinə veridkləri hədiyyələrin saxlandığı anbardır. Lakin rəsmilər dəyərin müəyyən faiz məbləğini Toşaxana administrasiyasına ödədikdən sonra hədiyyəni saxlamaq hüququna malikdirlər.

Həbsindən öncə yaydığı video bəyanatda Xan həbs olunacağını gözlədiyini bəyan edib. Eyni zamanda o, öz tərəfdarlarını "dinc, mətin və güclü" qalmağa çağırıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG